Oktyabrın 8-də Azərbaycan Dillər Universitetində (ADU) IV Beynəlxalq Türk dili və ədəbiyyatının tədrisi simpoziumu keçirilib.
“Tehsil365“xəbər verir ki, Türk Mədəniyyəti Araşdırmaları İnstitutunun rəhbəri, professor Əhməd Bican Ərcilasun simpoziumla bağlı fikirlərini bölüşüb.
Professor bildirib ki, ADU son dərəcə mühüm bir tədbirə ev sahibliyi edir və dünyanın bir çox ölkəsindən alimlərin iştirakı əlamətdar hadisədir:
"Simpozium gənc alimlərin peşəkar inkişafı baxımından xüsusi önəm kəsb edir. Bu cür platformalar onların tədqiqatlarını təqdim etməsinə, müxtəlif elmi yanaşmalarla tanış olmasına imkan yaradır".
Ərcilasun qeyd edib ki, səsləndirilən fikirlər gələcək tədqiqatlar üçün mənbə olacaq və Türk dünyası alimləri arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.
O, ADU-nun rektoru akademik Kamal Abdullaya və iştirakçılara təşəkkürünü bildirib.

