Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır.
“Tehsil365”xəbər verir ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş vahid məktəbli forması tələblərinin və müəllimlərin işgüzar mühitə uyğun geyim qaydalarının icrası yoxlanılacaq.
Bildirilib ki, qaydaların icrasına nəzarət məktəb rəhbərliyi tərəfindən tənzimlənir, geyim forması ilə bağlı məsələlər Pedaqoji Şuralarda müzakirə olunaraq həll edilir. Şagirdlərin formada dərsə davamiyyətini təmin etmək isə valideynlərin məsuliyyətidir.
Qeyd edək ki, əsas məqsəd təhsil müəssisələrində intizamlı, səliqəli və bərabər təhsil mühitini formalaşdırmaqdır.

