Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərin direktorları ilə 2026-2027-ci tədris ili üzrə Keyfiyyət Fəaliyyət Planının icrasına dair görüşlərə start verilib.
“Tehsil365”xəbər verir ki, Binəqədi və Nəsimi rayonları üzrə direktorların iştirakı ilə keçirilən görüşdə MÜTDA-nın Keyfiyyət təminatı və nəzarət şöbəsinin müdiri Nilufər Rəhimova və BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova iştirak ediblər.
N.Rəhimova paytaxt üzrə ötən tədris ilinin nəticələri və yeni ilin hədəflərinə dair təqdimatla çıxış edib, keyfiyyətin davamlı inkişafını təmin edən sistemli fəaliyyət mühitinin şagirdlərin potensialının üzə çıxmasına imkan yaratdığını vurğulayıb.
Z.Əmirova isə fəaliyyət nəticələrinin sistemli izlənilməsinin və obyektiv qiymətləndirilməsinin vacibliyini qeyd edib.
Görüşdə məktəblərin qarşısında duran öhdəliklər, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və məktəbdaxili proseslərin səmərəli təşkili müzakirə olunub.
Qeyd edək ki, görüşlər paytaxtın bütün rayonları üzrə davam edəcək.

