Nyu-York Universitetinin professoru Tristan Bakmaster iddia edib ki, OpenAI-nin hələ istifadəyə verilməmiş süni intellekt modelinin riyazi kəşfləri nəticəsində bir sıra tədqiqat proqramları artıq bağlanıb.
“Tehsil365” xəbər verir ki, professorun fikrincə, bu vəziyyət bir çox gənc riyaziyyatçının elmi karyera qurmaq imkanını əlindən alır.
Bakmaster həmçinin artıq orijinal ideyalarını süni intellektlə bölüşmədiyini bildirib. O, süni intellekt agentlərinin müstəqil işlədiyinə inanmır. Professorun sözlərinə görə, həmin agentlərin tərtibatçıları insanların hələ dərc olunmamış kəşflərinin alqoritmlərə ən azı dolayı təsirini istisna etmirlər.
Məlumatda qeyd olunur ki, OpenAI oktyabrın 7-də hələ istifadəyə verilməmiş süni intellekt modelinin əldə etdiyi yüzlərlə riyazi kəşfi açıqlayıb.

