Türkiyənin Qaziantep şəhərində QastroAntep Mədəniyyət Yolu Festivalı keçirilir.
“Tehsil365” "Report"a istinadən xəbər verir ki, oktyabrın 3-dən 11-dək davam edəcək festival çərçivəsində 14 məkanda 246 tədbir baş tutub.
Festival proqramına Zeugma mozaikaları, Antep əl işləri, toxuculuq, misgərlik və ən başlıcası yerli mətbəx nümunələrinin təqdimatı daxildir.
Qaziantepdə təşkil edilən tədbirin məqsədi Türkiyənin mətbəx irsini dünyada tanıtmaq, yerli məhsulların dəyərini artırmaq və qastronomiya vasitəsilə beynəlxalq mədəni əməkdaşlığı inkişaf etdirməkdir.
Qeyd edək ki, beynəlxalq festivalda Türkiyənin turizm və qastronomiya sahəsində tanınmış nümayəndələri ilə yanaşı, Böyük Britaniya, İtaliya, Misir, Fransa, Liviya, İordaniya, Niderlanddan rəsmi olaraq iştirakçılar qatılıb.
Ümumilikdə 2 milyondan çox iştirakçının qatıldığı nəzərdə tutulan tədbirdə azərbaycanlı sənətkarlar, rəssamlar da iştirak edib.

