Təhsil 365 - Logo Mobile

“GastroFest 2026” festivalı yekunlaşıb

10410.10.2026 - 15:12
“GastroFest 2026” festivalı yekunlaşıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Qoşa Qala meydanında keçirilən “GastroFest 2026” festivalı yekunlaşıb.

“Tehsil365” “AZƏRTAC”a istinadən xəbər verir ki, qastronomiya, musiqi, incəsənət və əyləncəni vahid konsepsiyada birləşdirən festival İçərişəhərin tarixi-mədəni mühitinə tamamilə fərqli çalarlar gətirib. Festival çərçivəsində ziyarətçilər yeni dadlar kəşf edib, yaradıcılıq layihələrinə qoşulub, canlı musiqi proqramlarından zövq alaraq İçərişəhərin bənzərsiz atmosferində unudulmaz anlar yaşayıblar. Tədbirin ən çox maraq doğuran guşələrindən olan kulinariya zonası tanınmış aşpazların xüsusi təqdimatları, zəngin mətbəx nümunələri və küçə yeməkləri ilə yadda qalıb.

Festivalda Özbək mətbəxini təmsil edən stendin nümayəndəsi Ayşən Eminova öz təəssüratlarını agentliyin müxbiri ilə bölüşüb. O, bu cür festivalların təşkil olunmasını yüksək qiymətləndirərək qeyd edib ki, hazırladıqları özbək plovu və samsa xüsusi sevilib.

Yerli və xarici DJ-lərin çıxışları, canlı musiqi və səhnə performansları İçərişəhərin özünəməxsus ab-havasına müasir ritmlər qatıb. İncəsənət və əl işləri zonalarında isə ziyarətçilər sənətkarların yaradıcılığı ilə tanış olub, müxtəlif layihələri kəşf ediblər.

Çinli turist Sujun Zhöu Bakıya ikinci dəfə səfər etdiyini və şəhəri çox bəyəndiyini deyib. O, ötənilki səfəri ilə müqayisədə bu dəfə festivalda səslənən musiqinin də diqqətini çəkdiyini, tədbirin ab-havasını və təqdim olunan yeməkləri bəyəndiyini qeyd edib.

Bütün yaş qruplarının zövqü nəzərə alınaraq hazırlanan proqram tədbirin interaktiv ruhunu daha da gücləndirib. Uşaqlar üçün nəzərdə tutulan ustad dərsləri və əyləncəli məşğələlər balaca iştirakçılara öyrənərək əylənmək fürsəti verib, böyüklər isə yaradıcı emalatxanalarda və maraqlı təqdimatlarda fəal iştirak ediblər.

Asyat Abdurahmanova

Xəbər Lenti

Xəzər Universitetində yeni əməkdaşlıq mərhələsi10.10.2026 - 19:05
Xəzər Universitetində yeni əməkdaşlıq10.10.2026 - 18:50
Dietoloq yorğunluğu aradan qaldıran meyvələri açıqladı10.10.2026 - 17:32
“GastroFest 2026” festivalı başa çatdı10.10.2026 - 17:19
Türk professor Türkiyə-Azərbaycan Universitetində10.10.2026 - 17:10
2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır10.10.2026 - 15:14
Fransada Renuar muzeyindən oğurlanmış rəsm əsərləri tapıldı10.10.2026 - 14:44
Qaziantepdə QastroAntep Mədəniyyət Yolu Festivalı keçirilir10.10.2026 - 14:42
“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub10.10.2026 - 14:37
Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub - Səhiyyə Nazirliyi10.10.2026 - 14:34
Sabah 25 dərəcə isti olacaq10.10.2026 - 14:30
Uşaqları kitab oxumağa necə cəlb etmək olar?10.10.2026 - 14:28
"Öz elmi işinin adını bilməyənlər elmlər doktorluğu tələb edir"- Komitə Sədri10.10.2026 - 14:25
İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama10.10.2026 - 14:20
"Tiktok"da məktəbə hücum edəcəklərini deyən şagirdlər həbs olundu10.10.2026 - 14:17
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır10.10.2026 - 14:15
Yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər qüvvəyə minir10.10.2026 - 08:58
həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək10.10.2026 - 08:41
Çin SatNet internet peyklərini orbitə çıxardı10.10.2026 - 08:37
Gənclərin Süni İntellekt Forumu keçirilib10.10.2026 - 08:27
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub10.10.2026 - 08:21
Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib10.10.2026 - 08:14
Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb10.10.2026 - 08:06
Təhsil Eksperti Elçin Süleymanov: "Universitetlərimizin öz tədris proqramında nəzəriyyə ilə yanaşı, praktik bacarıqların da verilməsi məzunların iş tapmasına müsbət təsir göstərər".09.10.2026 - 20:45
Səyyar Gənclər Xidməti Kürdəmirdə gənclərlə görüşü kecirilib09.10.2026 - 19:50
Məktəblərdə Direktorlarla Keyfiyyət Planı görüşü baş tutub09.10.2026 - 19:45
Məktəblərdə geyimlə bağlı yoxlanış başlayır09.10.2026 - 19:40
Professordan ADU-da təlim09.10.2026 - 19:35
BDU-da ADU əməkdaşları üçün təlim keçirilib09.10.2026 - 19:30
ADU-da Qafqaza həsr edilmiş seminar keçirilib09.10.2026 - 19:28
ADU Mərkəzində ADA görüşü keçirilib09.10.2026 - 19:25
Kamal Abdullanın kitabı Polşada dərc olunub09.10.2026 - 19:20
ADU-da Hanqıl Günü tədbiri baş tutub09.10.2026 - 19:15
ADU-da türk universiteti görüşü keçirilib09.10.2026 - 19:10
NDU-da mədəni diplomatiya forumu keçirilib09.10.2026 - 19:00
BDU-da Tələbələr üçün adaptasiya təlimi keçirlib09.10.2026 - 18:58
BDU-da süni intellekt təlimi baş tutub09.10.2026 - 18:52
BDU-da süni intellekt təlimi keçirilib09.10.2026 - 18:50
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər09.10.2026 - 18:47
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib09.10.2026 - 18:35
Fonda yeni roman daxil olub09.10.2026 - 18:30
Kitabxanaya yeni nəşr09.10.2026 - 18:25
Naxçıvanda Süni İntellekt Forumu keçirilib09.10.2026 - 18:15
Mesanat Şəmsi Əsədullayevin inşa etdiyi bina haqqında kitab təqdim olundu09.10.2026 - 18:00
“İrs-Miras” jurnalı özbək dilində yayımlandı09.10.2026 - 17:59
Ankarada “Bilincin ve belleğin ötesinde türk şamanlığı” adlı kitab nəşr olunub09.10.2026 - 17:55
Hikmət Quliyev: Azərbaycan aşıq sənəti sosial-antropoloji yanaşma ilə araşdırılmalıdır09.10.2026 - 17:46