Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Ər-Riyaddakı beynəlxalq hava limanına edilən hücumu qətiyyətlə pisləyib.
“Tehsil365” xəbər verir ki, BMT rəhbərinin mətbuat ofisi tərəfindən yayımlanan açıqlamada qeyd edib:
"Şənbə günü husilərin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Xalid Beynəlxalq Hava Limanına etdiyi ölümcül hücum məni dərindən sarsıtdı və bunu qətiyyətlə pisləyirəm. Bu hücum nəticəsində 12 nəfər həlak olub, yüzlərlə mülki şəxs yaralanıb", - deyə Qutereş rəsmi X hesabında bildirib.
Onun sözlərinə görə, mülki şəxslərə və infrastruktura edilən hücumlar beynəlxalq hüququn pozulmasıdır və dərhal dayandırılmalıdır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücum nəticəsində 12 nəfər həlak olub, 309 nəfər yaralanıb.

