Təhsil 365 - Logo Mobile

Ermənistanın Gəncəyə dördüncü raket hücumundan 6 il ötür

5111.10.2026 - 08:55
Ermənistanın Gəncəyə dördüncü raket hücumundan 6 il ötür

2020-ci il Oktyabr ayının 11-də Gəncənin dinc sakinləri növbəti dəfə Ermənistanın raket hücumlarının hədəfinə çevrildilər. Gecə saatlarında şəhərin yaşayış məntəqələrinə endirilən raket zərbələri nəticəsində mülki şəxslər həyatını itirdi, evlər dağıldı, insanlar yaralandı.

“Tehsil365” xəbər verir ki, oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edib. Ermənistan Gəncədə dinc sakinləri növbəti dəfə hədəf alıb. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.

Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Gəncənin raket atəşinə tutulması anı Fövqəladə Hallar Nazirliyinin müşahidə kamerası tərəfindən qeydə alınıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi hücumu nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.



Əzizə Qayıtmazova

Xəbər Lenti

Azərbaycan Dünya Mədəniyyətləri Festivalında təmsil olunub11.10.2026 - 14:12
Məktəblərdə geyim qaydaları ilə bağlı müzakirələrin siyasiləşdirilməsə REAKSİYA11.10.2026 - 14:08
İmtahanların vaxtı dəyişdirilə bilər11.10.2026 - 14:06
Günəş sisteminin sonu gözləniləndən daha tez çata bilər11.10.2026 - 14:04
Yaponiyada yeni GCAP qırıcısının hazırlanması mərkəzi açılacaq11.10.2026 - 09:16
Sabahın hava proqnozu açıqlanıb11.10.2026 - 09:03
Azərbaycan millisi Avstriyaya qalib gəldi11.10.2026 - 08:42
Oktyabrın 11-i Beynəlxalq Qız Uşaqları Günüdür11.10.2026 - 08:34
Antonio Quterreş Ər-Riyad hava limanına qarşı hücumu qınayıb 11.10.2026 - 08:18
Yer kürəsində güclü maqnit qasırğası baş verib11.10.2026 - 08:04
Xəzər Universitetində yeni əməkdaşlıq mərhələsi10.10.2026 - 19:05
Xəzər Universitetində yeni əməkdaşlıq10.10.2026 - 18:50
Dietoloq yorğunluğu aradan qaldıran meyvələri açıqladı10.10.2026 - 17:32
“GastroFest 2026” festivalı başa çatdı10.10.2026 - 17:19
Türk professor Türkiyə-Azərbaycan Universitetində10.10.2026 - 17:10
2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır10.10.2026 - 15:14
“GastroFest 2026” festivalı yekunlaşıb10.10.2026 - 15:12
Fransada Renuar muzeyindən oğurlanmış rəsm əsərləri tapıldı10.10.2026 - 14:44
Qaziantepdə QastroAntep Mədəniyyət Yolu Festivalı keçirilir10.10.2026 - 14:42
“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub10.10.2026 - 14:37
Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub - Səhiyyə Nazirliyi10.10.2026 - 14:34
Sabah 25 dərəcə isti olacaq10.10.2026 - 14:30
Uşaqları kitab oxumağa necə cəlb etmək olar?10.10.2026 - 14:28
"Öz elmi işinin adını bilməyənlər elmlər doktorluğu tələb edir"- Komitə Sədri10.10.2026 - 14:25
İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama10.10.2026 - 14:20
"Tiktok"da məktəbə hücum edəcəklərini deyən şagirdlər həbs olundu10.10.2026 - 14:17
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır10.10.2026 - 14:15
Yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər qüvvəyə minir10.10.2026 - 08:58
həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək10.10.2026 - 08:41
Çin SatNet internet peyklərini orbitə çıxardı10.10.2026 - 08:37
Gənclərin Süni İntellekt Forumu keçirilib10.10.2026 - 08:27
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub10.10.2026 - 08:21
Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib10.10.2026 - 08:14
Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb10.10.2026 - 08:06
Təhsil Eksperti Elçin Süleymanov: "Universitetlərimizin öz tədris proqramında nəzəriyyə ilə yanaşı, praktik bacarıqların da verilməsi məzunların iş tapmasına müsbət təsir göstərər".09.10.2026 - 20:45
Səyyar Gənclər Xidməti Kürdəmirdə gənclərlə görüşü kecirilib09.10.2026 - 19:50
Məktəblərdə Direktorlarla Keyfiyyət Planı görüşü baş tutub09.10.2026 - 19:45
Məktəblərdə geyimlə bağlı yoxlanış başlayır09.10.2026 - 19:40
Professordan ADU-da təlim09.10.2026 - 19:35
BDU-da ADU əməkdaşları üçün təlim keçirilib09.10.2026 - 19:30
ADU-da Qafqaza həsr edilmiş seminar keçirilib09.10.2026 - 19:28
ADU Mərkəzində ADA görüşü keçirilib09.10.2026 - 19:25
Kamal Abdullanın kitabı Polşada dərc olunub09.10.2026 - 19:20
ADU-da Hanqıl Günü tədbiri baş tutub09.10.2026 - 19:15
ADU-da türk universiteti görüşü keçirilib09.10.2026 - 19:10
NDU-da mədəni diplomatiya forumu keçirilib09.10.2026 - 19:00
BDU-da Tələbələr üçün adaptasiya təlimi keçirlib09.10.2026 - 18:58