Təhsil 365 - Logo Mobile

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgiyə start verildi

10811.10.2026 - 17:00
Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgiyə start verildi

Meksikanın Deputatlar Palatasında keçirilən “Azərbaycan: Təbiətin palitrası” adlı sərginin açılışı olub.

“Tehsil365” “AZƏRTAC”a istinadən xəbər verir ki,tədbir Azərbaycan ilə Meksika arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq miqyasda tanıdılması və xalqlar arasında qarşılıqlı anlaşmanın inkişafı baxımından əhəmiyyətli hadisə olub.

Sərgi Azərbaycanın Meksikadakı səfirliyinin, Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun və Meksika Deputatlar Palatasının Mədəniyyət və Kinematoqrafiya Komissiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Sərgidə Azərbaycan Rəssamlar İttifaqının və UNESCO Beynəlxalq İncəsənət Assosiasiyasının üzvü, rəssam Mehriban Alışovanın əsərlərindən ibarət kolleksiyada Azərbaycanın təbiət gözəllikləri, zəngin flora və faunası, rəngarəng təbii landşaftları sənət dili ilə nümayiş olunub. Rəssamın əsərləri vasitəsilə Meksika ictimaiyyəti Azərbaycanın təbii sərvətləri və bədii yaradıcılıq ənənələri ilə tanış olmaq imkanı əldə edib.

Açılış mərasimində çıxış edən Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev mədəniyyətin xalqları bir-birinə yaxınlaşdıran, qarşılıqlı hörmət və anlaşmanı gücləndirən mühüm vasitələrdən biri olduğunu vurğulayıb. O bildirib ki, bu cür tədbirlər Azərbaycan və Meksika arasında mövcud dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, iki ölkənin xalqlarının bir-birinin mədəniyyəti və incəsənəti ilə yaxından tanış olmasına töhfə verir.

Səfir Azərbaycan ilə Meksika arasında təsviri incəsənət sahəsində əlaqələrin tarixinə də toxunub. Bu kontekstdə Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin Meksikanın dünyaşöhrətli rəssamı David Alfaro Sikeyros ilə dostluq münasibətlərini xatırladıb. Meksika rəssamlıq ənənələrinin Elbəy Rzaquliyevin yaradıcılığına təsiri, eləcə də Azərbaycanda Frida Kalo və Dieqo Rivera kimi tanınmış meksikalı rəssamların sənətinə göstərilən maraq iki xalq arasında mədəni əlaqələrin qarşılıqlı xarakterini nümayiş etdirən nümunələr kimi qeyd olunub.

Bu tarixi və mədəni əlaqələr Azərbaycan-Meksika münasibətlərinin yalnız diplomatik və siyasi müstəvidə deyil, həm də incəsənət, yaradıcılıq və humanitar əməkdaşlıq sahələrində inkişaf etdiyini göstərir. Səfirliklə Parlamentlərarası Dostluq Qrupu arasında mədəni tədbirlərin təşkili istiqamətində əməkdaşlıq da bu əlaqələrin genişləndirilməsinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilib.

Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, deputat Dulse Mariya Korina Viyyeqas çıxış edərək, Azərbaycanla Dostluq Qrupunun Deputatlar Palatasında ən fəal qruplardan biri kimi tanındığını xüsusi vurğulayıb. O, mədəniyyətin xalqların tarixi irsini, ənənələrini və dəyərlərini qarşılıqlı şəkildə tanımağa imkan yaratdığını bildirib. Deputat bu sahədə təşkil olunan tədbirlərin Azərbaycan və Meksika arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün əhəmiyyətini qeyd edib.

Sərginin kuratoru, meksikalı rəssam Karol Qoddard Mehriban Alışovanın yaradıcılığını yüksək qiymətləndirib. O, rəssamın əsərlərində istifadə olunan rəng çalarlarının onun daxili dünyasının zənginliyini və bədii ifadə imkanlarını əks etdirdiyini bildirib.

Rəssam M.Alışova Meksikada Azərbaycan mədəniyyətini təmsil etməkdən qürur duyduğunu bildirib. O vurğulayıb ki, bu sərgi yalnız sənət əsərlərinin nümayişi ilə məhdudlaşmır, həm də Azərbaycan və Meksika xalqlarını birləşdirən, onların mədəniyyətləri arasında qarşılıqlı anlaşmanı gücləndirən bir körpü rolunu oynayır.

Azərbaycanın təbiətinin və milli-mədəni zənginliyinin xarici ölkələrdə incəsənət vasitəsilə təqdim olunması ölkəmizin beynəlxalq mədəni əlaqələrinin genişləndirilməsinə xidmət edir. Belə tədbirlər Azərbaycanın milli irsinin tanıdılması ilə yanaşı, onun müasir mədəni həyatının və yaradıcı potensialının beynəlxalq auditoriyaya çatdırılmasına da imkan yaradır.

Tədbirdə Meksika Deputatlar Palatasının üzvləri, Meksikada akkreditə olunmuş səfirlər və diplomatik korpusun nümayəndələri, eləcə də yerli media təmsilçiləri iştirak ediblər. Tədbir çərçivəsində ölkəmizin yalnız təsviri incəsənəti deyil, həm də zəngin kulinariya mədəniyyəti nümayiş etdirilib.

“Azərbaycan: təbiətin palitrası” sərgisi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və yerli mətbuatda işıqlandırılıb.

Ayətil Quliyeva

Xəbər Lenti

Bakı Caz Festivalı başa çatdı11.10.2026 - 19:59
Şair Ayaz Vəfalı vəfat etdi11.10.2026 - 19:45
Kocaelidə türk gəncləri görüşdü11.10.2026 - 19:40
Teatrlar Nazirliyə verildi11.10.2026 - 19:28
Şəhidlər yad edildi11.10.2026 - 19:15
Tanınmış müğənni vəfat etdi11.10.2026 - 18:47
Tanınmış aktyor vəfat etdİ11.10.2026 - 18:40
Musiqiçi intihar etdi11.10.2026 - 18:35
PUA hücumundan sonra Yandex fəaliyyətini dayandırıb11.10.2026 - 18:20
"Microsoft" şirkəti tərəfindən alınana bilən “ Green Card” ləğv olundu11.10.2026 - 17:54
Azərbaycan və Litva Müdafiə nazirlikləri arasında ikitərəfli saziş imzalandı11.10.2026 - 17:49
Bakıda Azərbaycan və NATO əməkdaşlığı çərçivəsində təlim keçirilib11.10.2026 - 17:42
Valideyn uşağını dərsə göndərməzsə, onu hansı məsuliyyət gözləyir?11.10.2026 - 17:34
“Şəhidin səsi”nin növbəti buraxılışı Rəfail İşiyevin xatirəsinə həsr olunacaq11.10.2026 - 17:22
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi11.10.2026 - 17:17
“Şəhidin səsi” proqramının yayım qrafiki dəyişdirildi11.10.2026 - 17:11
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq11.10.2026 - 16:18
Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb11.10.2026 - 14:15
Azərbaycan Dünya Mədəniyyətləri Festivalında təmsil olunub11.10.2026 - 14:12
Məktəblərdə geyim qaydaları ilə bağlı müzakirələrin siyasiləşdirilməsinə REAKSİYA11.10.2026 - 14:08
İmtahanların vaxtı dəyişdirilə bilər11.10.2026 - 14:06
Günəş sisteminin sonu gözləniləndən daha tez çata bilər11.10.2026 - 14:04
Yaponiyada yeni GCAP qırıcısının hazırlanması mərkəzi açılacaq11.10.2026 - 09:16
Sabahın hava proqnozu açıqlanıb11.10.2026 - 09:03
Ermənistanın Gəncəyə dördüncü raket hücumundan 6 il ötür11.10.2026 - 08:55
Azərbaycan millisi Avstriyaya qalib gəldi11.10.2026 - 08:42
Oktyabrın 11-i Beynəlxalq Qız Uşaqları Günüdür11.10.2026 - 08:34
Antonio Quterreş Ər-Riyad hava limanına qarşı hücumu qınayıb 11.10.2026 - 08:18
Yer kürəsində güclü maqnit qasırğası baş verib11.10.2026 - 08:04
Xəzər Universitetində yeni əməkdaşlıq mərhələsi10.10.2026 - 19:05
Xəzər Universitetində yeni əməkdaşlıq10.10.2026 - 18:50
Dietoloq yorğunluğu aradan qaldıran meyvələri açıqladı10.10.2026 - 17:32
“GastroFest 2026” festivalı başa çatdı10.10.2026 - 17:19
Türk professor Türkiyə-Azərbaycan Universitetində10.10.2026 - 17:10
2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır10.10.2026 - 15:14
“GastroFest 2026” festivalı yekunlaşıb10.10.2026 - 15:12
Fransada Renuar muzeyindən oğurlanmış rəsm əsərləri tapıldı10.10.2026 - 14:44
Qaziantepdə QastroAntep Mədəniyyət Yolu Festivalı keçirilir10.10.2026 - 14:42
“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub10.10.2026 - 14:37
Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub - Səhiyyə Nazirliyi10.10.2026 - 14:34
Sabah 25 dərəcə isti olacaq10.10.2026 - 14:30
Uşaqları kitab oxumağa necə cəlb etmək olar?10.10.2026 - 14:28
"Öz elmi işinin adını bilməyənlər elmlər doktorluğu tələb edir"- Komitə Sədri10.10.2026 - 14:25
İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama10.10.2026 - 14:20
"Tiktok"da məktəbə hücum edəcəklərini deyən şagirdlər həbs olundu10.10.2026 - 14:17
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır10.10.2026 - 14:15
Yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər qüvvəyə minir10.10.2026 - 08:58