“Tehsil365” İnformasiya Agentliyinin “YouTube” səhifəsində yayımlanan “Şəhidin səsi” proqramının yayım qrafiki dəyişdirilir.
“Tehsil365” xəbər verir ki, yeni qərara əsasən, indiyədək ayda iki dəfə tamaşaçılara təqdim olunan proqram oktyabrın 12-dən etibarən həftədə iki dəfə yayımlanacaq. Yenilənmiş qrafikə uyğun olaraq, ay ərzində ümumilikdə 9 buraxılışın təqdim edilməsi nəzərdə tutulur.
Proqram şəhidlərin həyat və döyüş yolunun, xatirələrinin, Vətən uğrunda göstərdikləri qəhrəmanlığın işıqlandırılması, onların əziz xatirəsinin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, proqramın yayım tezliyinin artırılması barədə qərar “Tehsil365” İnformasiya Agentliyinin təsisçisi və direktoru Əli Ələkbərov tərəfindən qəbul edilib.
Bundan sonra “Şəhidin səsi” proqramı yenilənmiş yayım qrafiki ilə tamaşaçıların görüşünə gələcək. Proqramın yeni buraxılışlarını “Tehsil365” İnformasiya Agentliyinin rəsmi “YouTube” səhifəsindən izləmək mümkün olacaq.

