Təhsil 365 - Logo Mobile

Valideyn uşağını dərsə göndərməzsə, onu hansı məsuliyyət gözləyir?

15911.10.2026 - 17:34
    Valideyn uşağını dərsə göndərməzsə, onu hansı məsuliyyət gözləyir?

Şagirdlərin dərsə davamiyyəti ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar geniş müzakirələrə səbəb olub. İddialara görə, bir ay ərzində üzrlü səbəb olmadan 7 gündən çox dərsdən qalan şagirdlərin valideynləri 100 manat məbləğində cərimələnə bilər.

“Təhsil365” “ Azpolitika” - ya istinadən xəbər verir ki,təhsil eksperti Fuad Hacıyev bildirib ki, qanunvericilikdə belə bir müddəa var: "İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilən istisna səbəblər olmadan şagirdin bir ay ərzində 7 gündən çox dərs buraxmasına görə valideynə cərimə nəzərdə tutulur. Amma qanunun mövcudluğu davamiyyət probleminin yalnız cərimə ilə həll ediləcəyi demək deyil. Tutaq ki, valideynləri kütləvi şəkildə cərimələdik. Bununla uşaqların davamiyyət problemi aradan qalxacaq? Yoxsa ailə ilə məktəb arasındakı məsafə daha da böyüyəcək?. Yəni cəriməni ödəmək onu doğuran problemi həll etmir.

Valideynin övladının davamiyyətinə görə məsuliyyəti var. Amma təhsil sisteminin də keyfiyyətli, təhlükəsiz və uşağı kənarda qoymayan mühit yaratmaq məsuliyyəti mövcuddur. Davamiyyət tələb ediriksə, davamiyyətsizliyin səbəblərini də araşdırmalıyıq. Təhsildə uğurun göstəricisi neçə valideyni cərimələməyimiz yox, nə qədər uşağın təhsilini davam etdirməsinə şərait yaratmağımızdır".

Vəkil Roman Qaraşov isə bildirib ki, şagirdin bir ay ərzində üzrsüz səbəbdən 7 gündən çox dərs buraxmasına görə valideynlərin 100 manat cərimə edilməsi ilə bağlı yayılan məlumat hazırkı qanunvericiliyə uyğun deyil: "Belə ki, əvvəllər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsində bu hala görə 100 manat cərimə nəzərdə tutulsa da, həmin maddə 15 aprel 2016-cı il tarixli Qanunla ləğv edilib. Hazırda Məcəllənin 189.1-ci maddəsinə əsasən, valideynlər və ya onları əvəz edən şəxslər yetkinlik yaşına çatmayanların təlim-tərbiyəsi ilə bağlı vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirmədikdə onlara xəbərdarlıq edilə və ya 40 manatdan 60 manatadək cərimə tətbiq oluna bilər. Lakin bu məsuliyyətin yaranması üçün valideynin qanunla müəyyən edilən vəzifələrini yerinə yetirməməsi faktı sübut olunmalıdır. Yəni şagirdin sadəcə 7 gündən artıq dərs buraxması valideynin avtomatik olaraq 100 manat cərimələnməsinə hüquqi əsas vermir".

Ayətil Quliyeva

Xəbər Lenti

Bakı Caz Festivalı başa çatdı11.10.2026 - 19:59
Şair Ayaz Vəfalı vəfat etdi11.10.2026 - 19:45
Kocaelidə türk gəncləri görüşdü11.10.2026 - 19:40
Teatrlar Nazirliyə verildi11.10.2026 - 19:28
Şəhidlər yad edildi11.10.2026 - 19:15
Tanınmış müğənni vəfat etdi11.10.2026 - 18:47
Tanınmış aktyor vəfat etdİ11.10.2026 - 18:40
Musiqiçi intihar etdi11.10.2026 - 18:35
PUA hücumundan sonra Yandex fəaliyyətini dayandırıb11.10.2026 - 18:20
"Microsoft" şirkəti tərəfindən alınana bilən “ Green Card” ləğv olundu11.10.2026 - 17:54
Azərbaycan və Litva Müdafiə nazirlikləri arasında ikitərəfli saziş imzalandı11.10.2026 - 17:49
Bakıda Azərbaycan və NATO əməkdaşlığı çərçivəsində təlim keçirilib11.10.2026 - 17:42
“Şəhidin səsi”nin növbəti buraxılışı Rəfail İşiyevin xatirəsinə həsr olunacaq11.10.2026 - 17:22
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi11.10.2026 - 17:17
“Şəhidin səsi” proqramının yayım qrafiki dəyişdirildi11.10.2026 - 17:11
Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgiyə start verildi11.10.2026 - 17:00
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq11.10.2026 - 16:18
Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb11.10.2026 - 14:15
Azərbaycan Dünya Mədəniyyətləri Festivalında təmsil olunub11.10.2026 - 14:12
Məktəblərdə geyim qaydaları ilə bağlı müzakirələrin siyasiləşdirilməsinə REAKSİYA11.10.2026 - 14:08
İmtahanların vaxtı dəyişdirilə bilər11.10.2026 - 14:06
Günəş sisteminin sonu gözləniləndən daha tez çata bilər11.10.2026 - 14:04
Yaponiyada yeni GCAP qırıcısının hazırlanması mərkəzi açılacaq11.10.2026 - 09:16
Sabahın hava proqnozu açıqlanıb11.10.2026 - 09:03
Ermənistanın Gəncəyə dördüncü raket hücumundan 6 il ötür11.10.2026 - 08:55
Azərbaycan millisi Avstriyaya qalib gəldi11.10.2026 - 08:42
Oktyabrın 11-i Beynəlxalq Qız Uşaqları Günüdür11.10.2026 - 08:34
Antonio Quterreş Ər-Riyad hava limanına qarşı hücumu qınayıb 11.10.2026 - 08:18
Yer kürəsində güclü maqnit qasırğası baş verib11.10.2026 - 08:04
Xəzər Universitetində yeni əməkdaşlıq mərhələsi10.10.2026 - 19:05
Xəzər Universitetində yeni əməkdaşlıq10.10.2026 - 18:50
Dietoloq yorğunluğu aradan qaldıran meyvələri açıqladı10.10.2026 - 17:32
“GastroFest 2026” festivalı başa çatdı10.10.2026 - 17:19
Türk professor Türkiyə-Azərbaycan Universitetində10.10.2026 - 17:10
2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır10.10.2026 - 15:14
“GastroFest 2026” festivalı yekunlaşıb10.10.2026 - 15:12
Fransada Renuar muzeyindən oğurlanmış rəsm əsərləri tapıldı10.10.2026 - 14:44
Qaziantepdə QastroAntep Mədəniyyət Yolu Festivalı keçirilir10.10.2026 - 14:42
“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub10.10.2026 - 14:37
Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub - Səhiyyə Nazirliyi10.10.2026 - 14:34
Sabah 25 dərəcə isti olacaq10.10.2026 - 14:30
Uşaqları kitab oxumağa necə cəlb etmək olar?10.10.2026 - 14:28
"Öz elmi işinin adını bilməyənlər elmlər doktorluğu tələb edir"- Komitə Sədri10.10.2026 - 14:25
İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama10.10.2026 - 14:20
"Tiktok"da məktəbə hücum edəcəklərini deyən şagirdlər həbs olundu10.10.2026 - 14:17
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır10.10.2026 - 14:15
Yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər qüvvəyə minir10.10.2026 - 08:58