Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinə verildi.
“Tehsil365”xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, İqtisadiyyat və Mədəniyyət nazirlikləri və Bakı Şəhər İcra Hakimiyyəti müvafiq tədbirləri həyata keçirməlidir.
Qeyd edək ki, qərar Prezident İlham Əliyevin iyunun 10-da imzaladığı Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun təkmilləşdirilməsi ilə bağlı Fərmanının icrasıdır.

