Türkiyənin Kocaeli şəhərində “Ortaq miras, tək ürək” şüarı altında Türk dünyası gənclərinin birinci görüşü keçirilib.
“Tehsil365” xəbər verir ki, 3 gün davam edən tədbirdə türkdilli xalqların, o cümlədən Azərbaycanın milli geyimləri və mətbəx nümunələri təqdim olunub.
Tədbir çərçivəsində iştirakçılar gəmi ilə gəzintiyə çıxıb, Aytepe Diriliş Düşərgəsində yarışlar keçirib və tonqal ətrafında mədəni tədbirlərdə iştirak ediblər.
Görüşdə türk dünyasının müxtəlif bölgələrindən alimlər, səfirlər, media nümayəndələri və 400-dən çox universitet tələbəsi iştirak edib.
Məqsəd ortaq tarix, dil və mədəni irsin qorunması, türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi və gənclərin rolunun artırılması olub.
Qeyd edək ki, tədbir AK Partinin Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin koordinasiyası və Kocaeli Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə təşkil edilib.

