XXI Bakı Caz Festivalı norveçli musiqiçi Ayven Mazuzenin iştirakı ilə başa çatıb.
“Tehsil365 “xəbər verir ki, festivalın bağlanış konserti İçərişəhərdə açıq havada keçirilib və giriş sərbəst olub.
Festivalın direktoru Leyla Əfəndiyeva bildirib ki, açıq məkanlarda konsertlər caz musiqisini daha geniş auditoriyaya çatdırmaq üçün vacibdir:
"Bu, xüsusilə cazla yaxından tanış olmayan gənclər üçün çox vacibdir. Təsadüfən eşitdiyi melodiya onun həyatında dönüş nöqtəsi ola bilər".
Mozambik əsilli, Norveçdə yaşayan saksofonçu Ayven Mazuze çıxışında Bakıda olmaqdan məmnun olduğunu deyib. Onun musiqisi Afrika ənənələrini müasir cazla birləşdirir.
Qeyd edək ki, festival oktyabrın 3-dən 11-dək keçirilib və 12-dən çox ölkədən sənətçilər qatılıb.

