Təhsil 365 - Logo Mobile

Ağsaqqallar Şurasından geyim qaydaları ilə bağlı BƏYANAT

8312.10.2026 - 13:31
Ağsaqqallar Şurasından geyim qaydaları ilə bağlı BƏYANAT

Azərbaycan Ağsaqqallar Şurası ümumtəhsil məktəblərində şagird və müəllimlərin geyim qaydaları ilə bağlı müzakirələrin siyasiləşdirilməsinə, dini qarşıdurma predmetinə çevrilməsinə və ictimai narazılıq yaratmaq məqsədilə istifadə olunmasına etiraz edib.

“Tehsil365” xəbər verir ki, bu barədə Aağsaqqallar Şursının çoxsaylı üzvləri dından bəyanat yayılıb.

"Son günlər ümumtəhsil məktəblərində şagirdlərin və müəllimlərin geyim qaydaları ilə bağlı aparılan müzakirələrin müəyyən qüvvələr tərəfindən məqsədli şəkildə siyasiləşdirilməsi, dini qarşıdurma predmetinə çevrilməsi və cəmiyyətdə narazılıq yaratmaq üçün istifadə olunması ciddi narahatlıq doğurur. Azərbaycan Ağsaqqallar Şurası olaraq, həssas ictimai məsələlərdən sui-istifadə edərək insanları qarşıdurmaya sövq edən, milli həmrəyliyimizə xələl gətirməyə çalışan, təxribatçı çağırışlarla ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyirik. Xüsusilə xarici informasiya resurslarında ölkəmizin daxili məsələlərinin təhrif olunması, dini hisslər üzərindən manipulyasiyaların aparılması, vətəndaşların mitinq və etirazlara təhrik edilməsi yolverilməzdir. Dövlətçiliyimizə, milli birliyimizə və ictimai həmrəyliyimizə qarşı təxribatlara son qoyulmalıdır!
Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfəri, bərpa olunmuş ərazi bütövlüyümüzü və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsini həzm edə bilməyən, ölkəmizin güclənməsini istəməyən qüvvələrin cəmiyyətimizdə parçalanma yaratmağa yönələn cəhdlərinə qarşı xüsusilə ayıq-sayıq olmalıyıq. Heç bir xarici təsir və ya təxribat xalqımızın birliyini, dövlətimizin müstəqilliyini və sabitliyini hədəfə almaq üçün bəhanəyə çevrilməməlidir. Azərbaycan hüquqi dövlətdir. Qanun pozuntularına qarşı müvafiq dövlət qurumları öz səlahiyyətləri daxilində qanuni tədbirlər görəcəklər.

Azərbaycan Konstitusiyasında təsbit olunmuş dünyəvilik prinsipi dövlətçiliyimizin mühüm əsaslarından biridir. Dünyəvilik dini dəyərlərin inkarı deyil, dövlətin dinlərə münasibətdə hüquqi əsaslarla fəaliyyət göstərməsi, bütün dini etiqadlara hörmət və təhsil sisteminin elmi bilik, azad düşüncə və bərabər hüquqlar üzərində qurulması deməkdir. Xalqımızın İslam dini ilə bağlı zəngin mənəvi irsi, başqa dinlərə və inanclara göstərdiyi ehtiram, müxtəlif təriqətlərin nümayəndələrinin ölkəmizdə dinc yanaşı yaşaması milli kimliyimizin və birgəyaşayış mədəniyyətimizin mühüm xüsusiyyətlərindəndir. Ulu Öndərimiz Heydər Əliyev və möhtərəm Prezidentimiz cənab İlham Əliyev hər zaman  bütün dini və İslami dəyərləri uca tutmuşlar. 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Ümummilli Lider Heydər Əliyev ilk növbədə ağsaqqallarla görüşmüş, onların iştirakı ilə Bibiheybət məscidində olmuş və bu məscidin bərpası üçün göstəriş vermişdir. 2 il ərzində tam bərpa olunan məscidin açılışı olmuş, qurbanlar kəsilmiş və bu müqqəddəs məkan insanların ixtiyarına verilmişdir. 1000 ildən çox yaşı olan, ötən əsrin 18-ci ilində ermənilər tərəfindən yandırılan Şamaxı Cümə məscidi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə tam bərpa edildi və dövlət başçısı öz ailəsi ilə bu məscidin açılışında iştirak etdi. 44 günlük Vətən müharibəsində böyük Qələbəyə imza atan Müzəffər Ali Baş Komandanımızın birbaşa göstərişi ilə Ağdam və Şuşa məscidləri də tam bərpa edilmişdir. Həmçinin 2012-2014-cü illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamlarına əsasən Azərbaycanın və Cənubi Qafqazın ən böyük məscid kompleksi olan Heydər məscidi tikilərək ictimaiyyətin istifadəsinə verilib, Təzəpir məscidində isə geniş təmir-bərpa və yenidənqurma işləri aparılıb. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə İmam Hüseyn məscidi və bir çox müqəddəs məkanlar bərpa edilmişdir. Hazırda dövlət başçısının rəhbərliyi ilə ölkəmizin hər bir bölgəsində, eləcə də işğaldan azad edilmiş ərazilərdə yeni məscidlər inşa olunur, tarixi məscidlər bərpa edilir. Bütün bunlar İslam dininə və milli-mənəvi dəyərlərimizə göstərilən ehtiramın ifadəsidir.

Qafqaz Müsəlmanları İdarəsi də Azərbaycanda və Qafqaz regionunda müsəlmanların ali dini mərkəzi kimi fəaliyyətini uğurla davam etdirir, bir çox əhəmiyyətli tədbirlər, görüşlər keçirir. Bu ilin sentyabr ayında Bakıda Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünü buna misal göstərə bilərik. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də bu beynəlxalq tədbirin iştirakçıları ilə görüşərək səmərəli söhbətlər aparmış, həmişə olduğu kimi öz diqqət və qayğısını nümayiş etdirmişdir.

Azərbaycan Ağsaqqallar Şurası olaraq, biz Nazirlər Kabinetinin ümumtəhsil məktəblərində geyim qaydalarına dair qərarlarının qanunvericiliyə uyğun tətbiqini dəstəkləyirik. Unutmayaq ki, məktəb yalnız bilik və bacarıqların aşılandığı yer deyil, eyni zamanda, şəxsiyyətin formalaşdığı, vətəndaşlıq məsuliyyətinin, intizamın, qarşılıqlı ehtiramın və milli-mənəvi dəyərlərin inkişaf etdiyi müqəddəs bir məkandır. Bu baxımdan, ümumtəhsil məktəblərində müəyyən edilmiş geyim qaydalarının qanunvericiliyə uyğun, ardıcıl, şəffaf və hamıya bərabər tətbiqini vacib hesab edirik. Həmin qaydaların həyata keçirilməsi zamanı uşaqların ləyaqətinin qorunması, valideynlərin narahatlıqlarına həssas yanaşılması, müəllimlərin və məktəb rəhbərliklərinin məsuliyyətli davranması da xüsusi əhəmiyyət daşıyır. Biz hesab edirik ki, dövlətçiliklə dini-mənəvi dəyərlər arasında qarşıdurma yaratmaq qəbuledilməzdir. Bütün həmvətənlərimizi, xüsusilə valideynləri, müəllimləri, ziyalıları və gəncləri təmkinli olmağa, təxribatlara uymamağa, yoxlanılmamış məlumatları yaymamağa, milli maraqlarımızı və ictimai həmrəyliyimizi hər şeydən üstün tutmağa çağırırıq.

Azərbaycan xalqının çoxəsrlik tarixində ağsaqqallıq müdrikliyin, mənəvi bütövlüyün, el birliyinin və dövlətə sədaqətin rəmzi olub. Ağsaqqal sözü hər zaman insanları qarşıdurmaya deyil, anlaşmaya, ayrılığa deyil, birliyə, emosiyalara deyil, təmkinə və sağlam düşüncəyə səsləyib. Azərbaycan Ağsaqqallar Şurası olaraq biz daim dövlətimizin,  xalqımızın yanında olmuşuq bu gün də yanındayıq. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Bu gün də biz ağsaqqallar hər kəsi ayıq-sayıq olmağa, heç bir təxribata uymamağa, dövlətimizin müstəqilliyini, xalqımızın birliyini və milli həmrəyliyimizi qorumağa dəvət edirik. Əminik ki, müdriklik, birlik və dövlətçilik təfəkkürü xalqımızı bütün sınaqlardan uğurla çıxaracaqdır. Birliyimiz dövlətimizin gücü, müdrikliyimiz gələcəyimizin təminatıdır!

Uca Allah möhtərəm Prezidentimizi, müdrik xalqımızı, qüdrətli dövlətimizi, əbədi  birliyimizi və həmrəyliyimizi qorusun!",-deyə bəyanatda deyilir.

1554512

Nilay Hüseynli

Xəbər Lenti

Əli Ələkbərov: “Təhsil müəssisələri münaqişə meydanına çevrilməməlidir”12.10.2026 - 20:05
Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı12.10.2026 - 19:35
Kifayət Ağayeva: “Müasir əmək bazarında diplomla yanaşı praktiki bacarıqlar da vacibdir”12.10.2026 - 17:57
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda 309 namizəd iştirak edəcək12.10.2026 - 17:51
DİM-də buraxılış və qəbul imtahanlarının proqramları müzakirə olunub12.10.2026 - 17:43
İşğaldan azad edilmiş ərazilərdə incəsənət təhsili üçün elektron müraciət başlayıb12.10.2026 - 17:42
Azərbaycanda müəllimlərin sayı bəlli oldu12.10.2026 - 17:36
Azərbaycan Kulinariyası Adana Ləzzət festivalında təqdim olundu12.10.2026 - 17:28
Kəlbəcərin zəngin mədəni irsi Xudavəng monastrı12.10.2026 - 17:15
Vahid geyim qaydaları təhsil mühitində vahid yanaşmanı təsdiq edir12.10.2026 - 17:05
Bakıda “ÇayFest” Festivalı keçirilir12.10.2026 - 17:00
Professor Adil Qeybulla həkim: "Müalicə yalnız həkimə məxsusdur,həkim müalicə təyin etməlidir"12.10.2026 - 16:09
Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub12.10.2026 - 15:42
Prezident təqaüdçülərinə görə lider universitetlər12.10.2026 - 15:39
Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq12.10.2026 - 15:35
Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”12.10.2026 - 15:32
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb12.10.2026 - 15:30
Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı12.10.2026 - 15:27
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib12.10.2026 - 15:20
Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb12.10.2026 - 15:14
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb12.10.2026 - 15:12
Sabiq nazirdən reaksiya - “Məktəbli formasında güzəşt olmamalıdır”12.10.2026 - 14:36
Namangan Dövlət Texniki Universitetinin nümayəndələri BMU-da12.10.2026 - 14:32
Şagird məktəbin ikinci mərtəbəsindən özünü atdı12.10.2026 - 14:30
DPİQ ilə “Boston Consulting Group” yeni əməkdaşlığa başlayır12.10.2026 - 14:19
Bakıda milli dəyərlərin qorunmasına dair ictimai müzakirə keçirilib, bəyanat qəbul olunub12.10.2026 - 14:07
Hikmət Quliyev: Dünyəvi təhsil demokratik dövlətçiliyin və müasir şəxsiyyətin formalaşmasının əsas şərtidir12.10.2026 - 14:00
TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı12.10.2026 - 13:46
AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar12.10.2026 - 13:44
Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər12.10.2026 - 13:40
Tibb kolleclərində keçid balları kəskin azaldı - Ən çox enmə olan İXTİSASLAR12.10.2026 - 13:37
Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək12.10.2026 - 13:35
Sabah 27 dərəcə isti olacaq12.10.2026 - 13:33
Günəşdə güclü partlayışlar GÖZLƏNİLİR12.10.2026 - 13:28
İqtisadiyyat üzrə Nobel mükafatının laureatları məlum olub12.10.2026 - 13:26
1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb12.10.2026 - 13:24
Beynəlxalq olimpiadalara hazırlıq qrupları üçün seçim imtahanları keçirilib12.10.2026 - 13:18
Güclü külək gözlənilir12.10.2026 - 12:59
Məktəbdə atışmadan sonra 14 yaşlı yeniyetmə saxlanılıb12.10.2026 - 12:55
Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib12.10.2026 - 12:53
Yasamalda məktəbi yandırmağa cəhd etdilər12.10.2026 - 12:51
Zaur İbrahimli: Azərbaycanın dünyəvi dövlət modeli və təhsil sistemi hədəfə alınıb12.10.2026 - 12:48
Bakıda milli dəyərlərin qorunmasına dair ictimai müzakirə keçirilib, bəyanat qəbul olunub12.10.2026 - 12:39
Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı 12.10.2026 - 12:38
Özge Gürel Bakıya gəlib12.10.2026 - 12:29
Məktəblərdə vahid məktəbli geyimi ilə bağlı qərarın icrasına nəzarət olunur12.10.2026 - 12:22
Direktor məktəb qaydalarını açıqladı12.10.2026 - 12:15