Prezident İlham Əliyev 2026-2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
“Tehsil365” xəbər verir ki, Sərəncama əsasən, 2026-2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdü verilib.
Maraqlıdır, həmin tələbələr hansı universitetdə təhsil alır?
Mövzu ilə bağlı ali təhsil müəssisələrinə sorğu ünvanlanıb.
Sorğuya cavab olaraq Bakı Ali Neft Məktəbindən (BANM) məlumat verilib ki, 35 nəfər;
Azərbaycan Tibb Universitetindən (ATU) bildirilib ki, 25 nəfər;
ADA Universitetindən əldə etdiyimiz məlumata görə, 18 nəfər;
Bakı Dövlət Universitetindən (BDU) qeyd edilib ki, 15 nəfər;
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bildirilib ki, 5 nəfər;
Dövlət İdarəçilik Akademiyasından (DİA) bildirilib ki,2 nəfər Prezident təqaüdünə layiq görülüb.
Qeyd edək ki, ötən il Bakı Ali Neft Məktəbi- 36 nəfər, Azərbaycan Tibb Universiteti- 26 nəfər, Bakı Dövlət Universiteti- 16 nəfər, ADA Universiteti- 13 nəfər, Dövlət İdarəçilik Akademiyası- 5 nəfər, Azərbaycan Dövlət İqtisad Universiteti- 4 nəfər, Xüsusi təyinatlı ali təhsil müəssisələri- 1 nəfər və Naxçıvan Dövlət Universiteti- 1 nəfər Prezident təqaüdünə layiq görülüb.

