Təhsil 365 - Logo Mobile

Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub

9412.10.2026 - 15:42
Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub

Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın “Azərbaycanca danışaq” seriyasından növbəti kitabı Polşada nəşr olunub.

“Tehsil365” xəbər verir ki, Azərbaycan dilinin, tarixinin və mədəniyyətinin təbliği ilə bağlı geniş fəaliyyət proqramının tərkib hissəsi olan kitab Varşava Universitetinin professoru Danuta Chmelovskayanın tərcüməsində işıq üzü görüb.

Kitaba praktiki səciyyəli zəngin dil materialı, danışıq kitabçası ilə yanaşı ölkəmizin coğrafi mövqeyi, mədəniyyəti, tarixi haqqında informativ bilgilər də daxil edilib.

Nəşr Polşanın ən böyük və nüfuzlu nəşriyyat evlərindən biri olan "Wydawnictwo Adam Marszałek" tərəfindən çap olunub. Kitabın əsas məqsədi Polşa və geniş Avropa regionunda Azərbaycanın zəngin tarixi keçmişi, dil strukturu, multikultural dəyərləri barədə mövcud elmi bilikləri yeniləmək və genişləndirməkdir.

Kitabda Azərbaycanın qədim dövrlərindən bu günə qədər keçdiyi tarixi inkişaf yolu fəsillər üzrə təhlil edilir, Azərbaycan dilinin digər türk dilləri arasındakı spesifik qrammatik mövqeyi izah olunur. Kitabda eyni zamanda rəsmi Bakının Avropa İttifaqı çərçivəsində, xüsusən də “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsindəki siyasi-iqtisadi rolu və ölkənin Şərqlə Qərb arasında geosiyasi körpü xüsusiyyətləri ətraflı şəkildə işıqlandırılır. Nəşrin özəlliklərindən biri də, əsrlər boyu formalaşmış Polşa-Azərbaycan tarixi münasibətlərinə, Bakının memarlığında və sənayesində böyük iz qoymuş polşalı mühəndis və sənətkarların fəaliyyətinə xüsusi bir bölmənin həsr edilməsidir.

Kitab Polşanın aparıcı universitetlərinin şərqşünaslıq fakültələrində elmi vəsait kimi istifadə olunmaqla yanaşı, regionla maraqlanan səyyahlar üçün də ən etibarlı qaynaqlardan biridir. Oxucular nəşr, rəylər və qiymətlərlə bağlı əlavə məlumatı Polşanın populyar ədəbiyyat platforması olan “Lubimyczytac” portalı vasitəsilə əldə edə bilərlər.

Qeyd edək ki, Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı indiyədək Fransa, Macarıstan, Rumıniya, Serbiya, Birləşmiş Ərəb Əmirliyi və Pakistanda nəşr olunub.

Asyat Abdurahmanova

Xəbər Lenti

Əli Ələkbərov: “Təhsil müəssisələri münaqişə meydanına çevrilməməlidir”12.10.2026 - 20:05
Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı12.10.2026 - 19:35
Kifayət Ağayeva: “Müasir əmək bazarında diplomla yanaşı praktiki bacarıqlar da vacibdir”12.10.2026 - 17:57
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda 309 namizəd iştirak edəcək12.10.2026 - 17:51
DİM-də buraxılış və qəbul imtahanlarının proqramları müzakirə olunub12.10.2026 - 17:43
İşğaldan azad edilmiş ərazilərdə incəsənət təhsili üçün elektron müraciət başlayıb12.10.2026 - 17:42
Azərbaycanda müəllimlərin sayı bəlli oldu12.10.2026 - 17:36
Azərbaycan Kulinariyası Adana Ləzzət festivalında təqdim olundu12.10.2026 - 17:28
Kəlbəcərin zəngin mədəni irsi Xudavəng monastrı12.10.2026 - 17:15
Vahid geyim qaydaları təhsil mühitində vahid yanaşmanı təsdiq edir12.10.2026 - 17:05
Bakıda “ÇayFest” Festivalı keçirilir12.10.2026 - 17:00
Professor Adil Qeybulla həkim: "Müalicə yalnız həkimə məxsusdur,həkim müalicə təyin etməlidir"12.10.2026 - 16:09
Prezident təqaüdçülərinə görə lider universitetlər12.10.2026 - 15:39
Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq12.10.2026 - 15:35
Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”12.10.2026 - 15:32
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb12.10.2026 - 15:30
Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı12.10.2026 - 15:27
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib12.10.2026 - 15:20
Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb12.10.2026 - 15:14
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb12.10.2026 - 15:12
Sabiq nazirdən reaksiya - “Məktəbli formasında güzəşt olmamalıdır”12.10.2026 - 14:36
Namangan Dövlət Texniki Universitetinin nümayəndələri BMU-da12.10.2026 - 14:32
Şagird məktəbin ikinci mərtəbəsindən özünü atdı12.10.2026 - 14:30
DPİQ ilə “Boston Consulting Group” yeni əməkdaşlığa başlayır12.10.2026 - 14:19
Bakıda milli dəyərlərin qorunmasına dair ictimai müzakirə keçirilib, bəyanat qəbul olunub12.10.2026 - 14:07
Hikmət Quliyev: Dünyəvi təhsil demokratik dövlətçiliyin və müasir şəxsiyyətin formalaşmasının əsas şərtidir12.10.2026 - 14:00
TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı12.10.2026 - 13:46
AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar12.10.2026 - 13:44
Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər12.10.2026 - 13:40
Tibb kolleclərində keçid balları kəskin azaldı - Ən çox enmə olan İXTİSASLAR12.10.2026 - 13:37
Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək12.10.2026 - 13:35
Sabah 27 dərəcə isti olacaq12.10.2026 - 13:33
Ağsaqqallar Şurasından geyim qaydaları ilə bağlı BƏYANAT12.10.2026 - 13:31
Günəşdə güclü partlayışlar GÖZLƏNİLİR12.10.2026 - 13:28
İqtisadiyyat üzrə Nobel mükafatının laureatları məlum olub12.10.2026 - 13:26
1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb12.10.2026 - 13:24
Beynəlxalq olimpiadalara hazırlıq qrupları üçün seçim imtahanları keçirilib12.10.2026 - 13:18
Güclü külək gözlənilir12.10.2026 - 12:59
Məktəbdə atışmadan sonra 14 yaşlı yeniyetmə saxlanılıb12.10.2026 - 12:55
Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib12.10.2026 - 12:53
Yasamalda məktəbi yandırmağa cəhd etdilər12.10.2026 - 12:51
Zaur İbrahimli: Azərbaycanın dünyəvi dövlət modeli və təhsil sistemi hədəfə alınıb12.10.2026 - 12:48
Bakıda milli dəyərlərin qorunmasına dair ictimai müzakirə keçirilib, bəyanat qəbul olunub12.10.2026 - 12:39
Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı 12.10.2026 - 12:38
Özge Gürel Bakıya gəlib12.10.2026 - 12:29
Məktəblərdə vahid məktəbli geyimi ilə bağlı qərarın icrasına nəzarət olunur12.10.2026 - 12:22
Direktor məktəb qaydalarını açıqladı12.10.2026 - 12:15