Kəlbəcərdə yerləşən qədim Xudavəng monastırı əsrlərdir bölgənin tarixinə şahidlik edən mühüm memarlıq abidələrindən biridir.
“Tehsil365” “Report”a istinadən xəbər verir ki, əməkdaşlar monastırda olub, onun əzəmətini və təbiətin bənzərsiz mənzərəsini lentə alıb.
Hündür dağların arasındakı Xudavəng bu gün həm tarixi abidə, həm də Kəlbəcərin zəngin mədəni irsinin simvollarından biri kimi diqqət çəkir.
İşğal dövründə ermənilər özlərinə xas vandallıqla monastır ərazisindəki albanlara (udinlərə) məxsus qəbirləri də dağıdaraq yox ediblər. Lakin Kəlbəcər işğaldan azad olunduqdan sonra monastır əsl sahiblərinə qaytarılıb.

