Azərbaycan hökumətinin məktəblilərin və təhsilverənlərin geyim forması ilə əlaqədar verdiyi qərar olduqca əhəmiyyətlidir.
Tehsil365” Report -a istinadən xebər verir,ki son zamanlar cəmiyyətimizdə geyinmə mədəniyyəti ilə bağlı xoşagəlməz halların şahidi oluruq. Müəllimlərin də, məktəblilərin də, şagirdlərin də geyimində müxtəlif fərqliliklər, bahalı, marka adlandırılan geyimlərdən, müxtəlif aksesuarlardan və bəzək əşyalarından istifadə heç də məktəbə və məktəbliyə yaraşan hal deyil. Yeri gəlmişkən, vahid məktəbli formasına dair 20-25 il bundan əvvəl Naxçıvan Muxtar Respublikasında müvafiq qərarlar qəbul edilmişdi və həmin qərarlar bu gün də qüvvədədir. Orada illərdir ki, həm müəllimlərin, həm də şagirdlərin vahid geyim forması var və kimsə buna qarşı hər hansı etirazını bildirməyib".

