Təhsil 365 - Logo Mobile

İlqar Fəhmi: “Müasir dövrdə bəzi səthi məzmunların populyarlaşması auditoriyanın məlumat bazası ilə bağlıdır”

16213.10.2026 - 13:53
İlqar Fəhmi: “Müasir dövrdə bəzi səthi məzmunların populyarlaşması auditoriyanın məlumat bazası ilə bağlıdır”

"Keçmiş dövrlərdə oxucu auditoriyası mütaliəyə daha çox vaxt ayıran, klassik ədəbiyyatı dərindən bilən və geniş dünyagörüşü ilə seçilən insanlardan ibarət olub. Belə oxucular təqdim olunan əsərlərin orijinallığını, ideya və üslub baxımından əvvəlki nümunələrdən fərqini asanlıqla müəyyən edə biliblər. Bu isə müəlliflər qarşısında daha ciddi tələblər qoyub, onları təkrarçılıqdan uzaq durmağa və keyfiyyətli məzmun yaratmağa sövq edib".

Bu sözləri “Tehsil365”ə açıqlamasında şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi deyib. O bildirib ki, müasir dövrdə oxucu auditoriyasının yanaşması müəyyən qədər dəyişib.

“Əvvəlki dövrlərdə oxucu daha çox mütaliə edən, klassik əsərləri dərindən bilən və geniş dünyagörüşünə malik auditoriyadan ibarət idi. Belə oxucu hər hansı əsərin və ya yazının orijinallığını, əvvəlki nümunələrdən fərqini asanlıqla müəyyən edə bilirdi. Həmin dövrdə müəlliflər yazılarını təqdim edərkən daha diqqətli olmalı, təkrarçılıqdan və zəif yanaşmalardan uzaq durmalı idilər. Çünki oxucu plagiatı və keyfiyyətsiz işi tez bir zamanda ayırd edə bilirdi”, – deyə İlqar Fəhmi qeyd edib.

Yazıçı vurğulayıb ki, müasir dövrdə bəzi oxucuların əvvəlki dövrlərin ədəbiyyatı, mədəniyyəti və tarixi ilə kifayət qədər tanış olmaması təqdim olunan materialların yeniliyini müəyyənləşdirməyi çətinləşdirir.

“Bəzi yazarlar və jurnalistlər də bu vəziyyətdən istifadə edərək keçmişdə tətbiq olunmuş üslub və ideyaları yenidən işləyib yeni məhsul kimi təqdim edirlər. Belə materiallar isə çox vaxt oxucular tərəfindən maraqla qarşılanır. Əvvəllər yüksək tələblərə malik oxucu qarşısında hər hansı əsərlə uğur qazanmaq asan deyildi. Müasir dövrdə isə auditoriyanın məlumat bazasının dəyişməsi bəzi daha sadə və səthi məzmunların da populyarlaşmasına şərait yaradır”, – deyə o əlavə edib.

Ayətil Quliyeva

Xəbər Lenti

“Arşın mal alan” filmi Londonda nümayişi olub13.10.2026 - 16:34
Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq13.10.2026 - 15:36
Məktəbli forması 3 ildən bir dəyişdirilə bilər13.10.2026 - 15:32
Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur13.10.2026 - 15:28
Memarlar Sadıq Dadaşovla Mikayıl Useynovun Bakıda ucaldılacaq abidəsinin yeri dəyişdirilib13.10.2026 - 15:25
“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub13.10.2026 - 15:22
İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”13.10.2026 - 15:17
Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub13.10.2026 - 15:14
Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib13.10.2026 - 15:11
Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı13.10.2026 - 15:08
Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq13.10.2026 - 15:05
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub13.10.2026 - 15:02
MDU tələbələri “Azərbaycan İES”də istehsalat prosesi ilə tanış olublar13.10.2026 - 14:58
Azərbaycandan ilk müəllim Qırğızıstanda Azərbaycan dilini tədris edir13.10.2026 - 14:52
UNEC-də turizm və hotelçilik üzrə Korporativ Auditoriya yaradılacaq13.10.2026 - 14:43
Şəkidə məktəb məzunu 675 balla Prezident təqaüdü qazandı13.10.2026 - 14:40
BDU-nun Prezident təqaüdçüləri - Tanışlıq13.10.2026 - 14:37
Müəllimlərə şagirdlərə fiziki müdaxilə etmək səlahiyyəti verilə bilər13.10.2026 - 14:34
5 ildə mənzərə necə dəyişib? - Prezident təqaüdçülərinin universitet seçimi13.10.2026 - 14:30
Qoşqar Məhərrəmov: “Peşə təhsilinə marağın artırılması üçün cəmiyyətin bu sahəyə baxışı dəyişməlidir”13.10.2026 - 14:00
3 mindən çox abituriyent 600-dən yüksək bal toplayıb13.10.2026 - 13:27
Azərbaycanda elmlər doktoru proqramını ən çox filoloqlar bitirib13.10.2026 - 13:25
Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq13.10.2026 - 13:23
BMU müəlliminin “Heyvan biotexnologiyası” adlı kitabı çapdan çıxıb13.10.2026 - 13:21
Sabah yağış yağacaq13.10.2026 - 13:20
İki ulduzun ətrafında həyat üçün əlverişli planet ola bilər13.10.2026 - 13:18
Məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib13.10.2026 - 13:16
BMA-nın kafedra müdiri vəfat etdi13.10.2026 - 13:15
Dövlət qulluqçusu olmaq istəyən 1552 nəfər imtahan verəcək13.10.2026 - 13:12
Azərbaycan Laosdan olan tələbələr üçün təqaüd sistemi təklif edib13.10.2026 - 13:06
Fransada etirazlar başlayandan bəri təxminən 150 nəfər yaralanıb13.10.2026 - 13:02
Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb13.10.2026 - 13:00
Ümumdünya Görmə Günü münasibətilə maarifləndirici tədbir keçirildi13.10.2026 - 12:54
Azərbaycandan ilk müəllim Qırğızıstanda Azərbaycan dilini tədris edir13.10.2026 - 12:50
Bu şəxslərin iş saatları dəyişəcək13.10.2026 - 12:30
Prezidentlə nahardan sonra 40 il öncə çəkilmiş fotoya baxdılar13.10.2026 - 12:25
Kənd məktəblərinin 15 məzunu Prezident təqaüdü alacaq13.10.2026 - 12:21
Eynulla Mədətli:" Vahid geyim formasının tətbiqi şagirdlər arasında bərabərliyin təmin olunmasına xidmət edir"13.10.2026 - 12:17
Məktəbdə vahid geyim forması bərabərlik, peşəkarlıq və təhsil mədəniyyətini formalaşdırır - Sevil Mikayılova13.10.2026 - 11:55
Azərbaycanla bağlı açıqlamalar narazılıq yaratdı - YAP-dan reaksiya13.10.2026 - 11:50
Vergi və gömrük sahəsində yeni güzəşt və azadolmalar...13.10.2026 - 11:45
Prezidentlərin geniş tərkibdə görüşü oldu13.10.2026 - 11:40
Rusiyanın peykləri yüksəkliyi itirir13.10.2026 - 11:36
"Yandeks” vuruldu, Almaniyada “rus barmağı” ifşa oldu13.10.2026 - 11:32
Naxçıvanda "PeşəFest-2026" festivalı keçirilir13.10.2026 - 11:30
Müəllimlərə şagirdlərlə bağlı əlavə səlahiyyətlər verilə bilər13.10.2026 - 11:25
Media və Yayım Şurası: "Vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırırıq"13.10.2026 - 11:17