Təhsil 365 - Logo Mobile

Qoşqar Məhərrəmov: “Peşə təhsilinə marağın artırılması üçün cəmiyyətin bu sahəyə baxışı dəyişməlidir”

9513.10.2026 - 14:00
Qoşqar Məhərrəmov: “Peşə təhsilinə marağın artırılması üçün cəmiyyətin bu sahəyə baxışı dəyişməlidir”

"Azərbaycanda peşə təhsilinin inkişafı əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması və gənclərin məşğulluq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla belə, peşə təhsilinə marağın artırılması üçün təhsil müəssisələrinin keyfiyyətinin yüksəldilməsi, cəmiyyətdə formalaşmış stereotiplərin aradan qaldırılması və universitet təhsilinin yeganə uğur yolu kimi qəbul edilməsi düşüncəsinin dəyişdirilməsi vacibdir".

Bu sözləri “Tehsil365”ə açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov deyib. O bildirib ki, Azərbaycanda peşə təhsilinin inkişafına mane olan əsas problemlərdən biri bu sahədə fəaliyyət göstərən müəssisələrin keyfiyyəti ilə bağlıdır.

“Düşünürəm ki, Azərbaycanda peşə təhsilinin inkişafına mane olan əsas problemlərdən biri peşə təhsili müəssisələrinin keyfiyyətinin aşağı olmasıdır. Əgər biz keyfiyyəti yüksəltsək, həmin müəssisələrin məzunları yaxşı iş yerləri ilə təmin olunsalar və bu, cəmiyyətdə geniş yayılsa, insanlar da rahatlıqla peşə təhsilinə yönələcəklər”, – deyə ekspert qeyd edib.

Qoşqar Məhərrəmovun sözlərinə görə, digər mühüm problem cəmiyyətdə peşə təhsilinə münasibətlə bağlıdır. Onun fikrincə, peşə məktəblərinin zəif oxuyan və ya akademik göstəriciləri aşağı olan şagirdlər üçün seçim kimi qəbul edilməsi uzun illərdir formalaşmış yanlış yanaşmadır.

“İnsanlar düşünürlər ki, savadsızdırsa və ya zəif oxuyursa, peşə təhsilinə getsin. Bu, əvvəlki dövrlərdən qalan düşüncədir. Halbuki bu yanaşmanı peşə təhsili müəssisələrinin tanıdılması, təbliği və inkişafının təmin edilməsi yolu ilə dəyişə bilərik”, – deyə o bildirib.

Ekspert vurğulayıb ki, peşə təhsilinə marağın artmasına mane olan amillərdən biri də cəmiyyətdə universitet təhsilinə verilən üstünlükdür. Onun fikrincə, bir çox insan ali təhsili uğurlu gələcəyin əsas şərti hesab edir və peşə təhsilinin daha qısa müddətdə əmək fəaliyyətinə başlamaq imkanı yaratdığını nəzərə almır.

“Hamı istəyir ki, universitetdə oxusun. Əgər insanlar görsələr ki, peşə təhsili müəssisəsində təhsil almaqla daha tez qazanc əldə etmək, əmək fəaliyyətinə başlamaq və bəzi hallarda universitet təhsilindən daha sərfəli nəticə əldə etmək mümkündür, bu tendensiya dəyişəcək və peşə təhsilinə yönələnlərin sayı artacaq”, – deyə Qoşqar Məhərrəmov qeyd edib.

Təhsil eksperti hesab edir ki, peşə təhsilinin inkişafı üçün üç əsas istiqamətə diqqət yetirilməlidir. Bunlar peşə təhsili müəssisələrinin keyfiyyətinin yüksəldilməsi, əhalinin bu təhsil pilləsinə münasibətinin dəyişdirilməsi və universitet təhsilinin mütləq zərurət kimi qəbul edilməsi düşüncəsinin aradan qaldırılmasıdır.

“Biz əsasən bu üç məsələyə fokuslanmalıyıq: peşə təhsili müəssisələrinin inkişaf etdirilməsi, əhalinin peşə təhsilinə qarşı baxışının dəyişdirilməsi və universitet təhsilinin olmazsa-olmaz olduğu düşüncəsinin aradan qaldırılması. Bu məsələlərə diqqət yetirsək, peşə təhsilinə yönəlmə artacaq, bu sahəyə daha rəqabətqabiliyyətli və bacarıqlı şagirdlər üz tutacaqlar”, – deyə ekspert fikrini yekunlaşdırıb.

Nilay Hüseynli

Xəbər Lenti

“Arşın mal alan” filmi Londonda nümayişi olub13.10.2026 - 16:34
Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq13.10.2026 - 15:36
Məktəbli forması 3 ildən bir dəyişdirilə bilər13.10.2026 - 15:32
Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur13.10.2026 - 15:28
Memarlar Sadıq Dadaşovla Mikayıl Useynovun Bakıda ucaldılacaq abidəsinin yeri dəyişdirilib13.10.2026 - 15:25
“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub13.10.2026 - 15:22
İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”13.10.2026 - 15:17
Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub13.10.2026 - 15:14
Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib13.10.2026 - 15:11
Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı13.10.2026 - 15:08
Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq13.10.2026 - 15:05
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub13.10.2026 - 15:02
MDU tələbələri “Azərbaycan İES”də istehsalat prosesi ilə tanış olublar13.10.2026 - 14:58
Azərbaycandan ilk müəllim Qırğızıstanda Azərbaycan dilini tədris edir13.10.2026 - 14:52
UNEC-də turizm və hotelçilik üzrə Korporativ Auditoriya yaradılacaq13.10.2026 - 14:43
Şəkidə məktəb məzunu 675 balla Prezident təqaüdü qazandı13.10.2026 - 14:40
BDU-nun Prezident təqaüdçüləri - Tanışlıq13.10.2026 - 14:37
Müəllimlərə şagirdlərə fiziki müdaxilə etmək səlahiyyəti verilə bilər13.10.2026 - 14:34
5 ildə mənzərə necə dəyişib? - Prezident təqaüdçülərinin universitet seçimi13.10.2026 - 14:30
İlqar Fəhmi: “Müasir dövrdə bəzi səthi məzmunların populyarlaşması auditoriyanın məlumat bazası ilə bağlıdır”13.10.2026 - 13:53
3 mindən çox abituriyent 600-dən yüksək bal toplayıb13.10.2026 - 13:27
Azərbaycanda elmlər doktoru proqramını ən çox filoloqlar bitirib13.10.2026 - 13:25
Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq13.10.2026 - 13:23
BMU müəlliminin “Heyvan biotexnologiyası” adlı kitabı çapdan çıxıb13.10.2026 - 13:21
Sabah yağış yağacaq13.10.2026 - 13:20
İki ulduzun ətrafında həyat üçün əlverişli planet ola bilər13.10.2026 - 13:18
Məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib13.10.2026 - 13:16
BMA-nın kafedra müdiri vəfat etdi13.10.2026 - 13:15
Dövlət qulluqçusu olmaq istəyən 1552 nəfər imtahan verəcək13.10.2026 - 13:12
Azərbaycan Laosdan olan tələbələr üçün təqaüd sistemi təklif edib13.10.2026 - 13:06
Fransada etirazlar başlayandan bəri təxminən 150 nəfər yaralanıb13.10.2026 - 13:02
Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb13.10.2026 - 13:00
Ümumdünya Görmə Günü münasibətilə maarifləndirici tədbir keçirildi13.10.2026 - 12:54
Azərbaycandan ilk müəllim Qırğızıstanda Azərbaycan dilini tədris edir13.10.2026 - 12:50
Bu şəxslərin iş saatları dəyişəcək13.10.2026 - 12:30
Prezidentlə nahardan sonra 40 il öncə çəkilmiş fotoya baxdılar13.10.2026 - 12:25
Kənd məktəblərinin 15 məzunu Prezident təqaüdü alacaq13.10.2026 - 12:21
Eynulla Mədətli:" Vahid geyim formasının tətbiqi şagirdlər arasında bərabərliyin təmin olunmasına xidmət edir"13.10.2026 - 12:17
Məktəbdə vahid geyim forması bərabərlik, peşəkarlıq və təhsil mədəniyyətini formalaşdırır - Sevil Mikayılova13.10.2026 - 11:55
Azərbaycanla bağlı açıqlamalar narazılıq yaratdı - YAP-dan reaksiya13.10.2026 - 11:50
Vergi və gömrük sahəsində yeni güzəşt və azadolmalar...13.10.2026 - 11:45
Prezidentlərin geniş tərkibdə görüşü oldu13.10.2026 - 11:40
Rusiyanın peykləri yüksəkliyi itirir13.10.2026 - 11:36
"Yandeks” vuruldu, Almaniyada “rus barmağı” ifşa oldu13.10.2026 - 11:32
Naxçıvanda "PeşəFest-2026" festivalı keçirilir13.10.2026 - 11:30
Müəllimlərə şagirdlərlə bağlı əlavə səlahiyyətlər verilə bilər13.10.2026 - 11:25
Media və Yayım Şurası: "Vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırırıq"13.10.2026 - 11:17