Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Bolqarıstanın Konstantin Preslavski adına Şumen Universitetinin rektoru professor Nataliya Vitanova ilə görüşüb.
“Tehsil365” “AZƏRTAC” a istinadən xəbər verir ki, iki universitet arasında əməkdaşlığın qurulması, tərəfdaşlıq perspektivləri və birgə fəaliyyət imkanları müzakirə olunub.
Daha sonra professor Nataliya Vitanova BSU-da fəaliyyət göstərən Bolqar dili və mədəniyyəti mərkəzi ilə tanış olub. Sonda Bakı Slavyan Universiteti ilə Şumen Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən iki universitet arasında akademik əlaqələrin inkişafına, təcrübə mübadiləsinin genişləndirilməsinə, eləcə də birgə elmi və təhsil təşəbbüslərinin həyata keçirilməsinə yeni imkanlar yaranacaq.

