Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbələr üçün ilkin yardım və kardiopulmonar reanimasiya (CPR) üzrə təlim təşkil olunub.
“Tehsil365” xəbər verir ki, bu barədə Universitetdən “AZƏRTAC”a bildirilib ki, Every Beat Counts” kampaniyası çərçivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə keçirilən təlimin əsas məqsədi gənclərə ilkin yardım və CPR barədə zəruri nəzəri biliklər vermək, eləcə də praktiki bacarıqlar qazandırmaq olub.
Təlimin nəzəri sessiyasında 190 gənc iştirak edib. Praktiki məşğələlər zamanı isə 60 tələbəyə ilkin yardım və CPR üzrə bacarıqların tətbiqi öyrədilib.

