Təhsil 365 - Logo Mobile

ADA Universitetində “Xarici Siyasət Proqramı”nın növbəti buraxılışı olub

4813.10.2026 - 17:25
ADA Universitetində “Xarici Siyasət Proqramı”nın növbəti buraxılışı olub

3-12 oktyabr tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) və ADA Universitetinin birgə təşkilatçılığı ilə növbəti “Xarici Siyasət Proqramı” təşkil olunub.

“Tehsil365” xəbər verir ki, bu barədə ADA-nin mətbuat xidmətində məlumat verilib.

Bildirilib ki, ixtisasartırma proqramında Avropa, Latın Amerikası, Afrika və Okeaniyanın 17 ölkəsini təmsil edən 19 yüksək və orta rütbəli xarici diplomat iştirak edib.

Proqram çərçivəsində ADA Universitetinin professor-müəllim heyəti, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, Xarici İşlər Nazirliyinin idarə rəisləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri məruzələrlə çıxış ediblər.

Sessiyalarda regionun siyasi tarixi, Azərbaycanın xarici siyasət prioritetləri, xarici siyasətin kommunikasiyası, enerji diplomatiyası, regional geosiyasət və təhlükəsizlik, diplomatik yazışma və protokol, danışıqlar aparmaq bacarıqları, işğaldan azad edilmiş ərazilərin bərpası və sülh quruculuğu, eləcə də qlobal iqtisadi tendensiyalar, liderlik və nitq bacarıqları və digər mövzular əhatə olunub.

İştirakçılar Xarici İşlər Nazirliyində və Milli Məclisdə təşkil olunan dəyirmi masalarda Azərbaycanın xarici siyasətinə, habelə ikitərəfli və çoxtərəfli münasibətlərdə parlamentin roluna dair müzakirələrə də qatılıblar.

Proqram çərçivəsində Şuşa və Xankəndi şəhərlərinə səfər edən diplomatlar regionun tarixi, mədəni və yeni reallıqları ilə tanış olublar. İştirakçılar, həmçinin Heydər Əliyev Mərkəzi və Xalça Muzeyini də ziyarət ediblər.

Bağlanış mərasimində çıxış edən ADA Universitetinin akademik məsələlər üzrə prorektoru Elkin Nurməmmədov iştirakçıları təbrik edib və sessiyaların məhsuldar keçdiyini bildirib. O, proqramın Azərbaycanla yanaşı, qlobal iqtisadi və siyasi proseslərə dair bilik və təcrübə mübadiləsinə şərait yaratdığını vurğulayıb, göstərilən dəstəyə görə AIDA-ya və tərəfdaşlara təşəkkür edib.

AIDA-nın direktoru Jalə İbrahimova proqrama verdiyi töhfəyə görə ADA Universitetinə təşəkkür edərək müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirən bu əməkdaşlığın gələcək tərəfdaşlıqlar üçün yeni imkanlar yaratdığını qeyd edib.

Prorektorun müşaviri və İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva “Xarici Siyasət Proqramı”nın son doqquz ildə əldə etdiyi nəticələrə dair təqdimatla çıxış edib. O, bu il on ölkənin proqramda ilk dəfə təmsil olunduğunu, habelə 2018-ci ildən həyata keçirilən proqramdan indiyədək 100 ölkədən 166 diplomat məzun olduğunu diqqətə çatdırıb.

Tədbir sertifikatların təqdim olunması ilə yekunlaşıb.

Əzizə Qayıtmazova

Xəbər Lenti

55 ölkədən 100 tələbə Azərbaycanda təhsil üçün beynəlxalq qrant qazanıb13.10.2026 - 20:11
UNEC-də əcnəbi tələbələrin qəbulu üçün son tarix açıqlanıb13.10.2026 - 20:04
Cəbrayılda əmək yarmarkası keçiriləcək – vakansiyalar təqdim olunacaq13.10.2026 - 19:58
Dövlət sistemlərindəki təhlükəsizlik boşluqlarını aşkarlayanlara mükafat veriləcək13.10.2026 - 19:54
ChatGPT və Gemini adından istifadə edən saxta saytlarla bağlı xəbərdarlıq edilib13.10.2026 - 19:45
Universitet tələbələri elektrik enerjisinin istehsalı prosesini öyrəniblər13.10.2026 - 19:38
Dövlət qulluğuna qəbul imtahanına 1552 namizəd qeydiyyatdan keçib13.10.2026 - 19:35
Tələbələrin innovativ ideyalarına dəstək: universitetdə yeni təşəbbüslər müzakirə olunub13.10.2026 - 19:28
Ekspertdən VPN bağlı xəbərdarlığ13.10.2026 - 19:20
Xəzər müəlliminin uğuru13.10.2026 - 19:15
UNEC və TABIA Group-dan tələbələr üçün yeni əməkdaşlıq13.10.2026 - 19:11
Xəzər Universitetində Clarivate təlimi13.10.2026 - 19:10
NDU-da YAP Qurultayına həsr olunmuş tədbir13.10.2026 - 19:05
NDU-da Cavad Cavadlıya həsr olunmuş tədbir13.10.2026 - 19:00
Fariz Abdullayev ADU Radiosunun qonağı oldu13.10.2026 - 18:55
ADU-da Beynəlxalq Simpozium keçirildi13.10.2026 - 18:50
ChatGPT və Gemini adından istifadə edən saxta saytlarla bağlı xəbərdarlıq edilib13.10.2026 - 18:43
ADU-da beynəlxalq vebinar keçirildi13.10.2026 - 18:40
ADU-da YAP müşavirəsi baş tutdu13.10.2026 - 18:35
ADU-da təlim keçirildi13.10.2026 - 18:30
ADU-dan İndoneziya ilə əməkdaşlıq 13.10.2026 - 18:20
Ramin Məmmədov: Tarixinə bağlı vətəndaş yetişdirilməlidi13.10.2026 - 18:00
Deputat:” Məktəb və mollaxananı səhv salmayaq”13.10.2026 - 17:57
Bakı Ali Neft Məktəbi yenə lider oldu13.10.2026 - 17:37
Telefon, stress, yuxusuzluq: Nevroloq yeniyetmələrə xəbərdarlıq etdi13.10.2026 - 17:35
DİM-də qəbul imtahanlarının proqramları müzakirə olunur13.10.2026 - 17:33
Azərbaycanda ilk dəfə suahili dilinin tədrisinə başlanılıb13.10.2026 - 17:31
ADAU tələbələrinə ilkin yardım təlimi keçirilib13.10.2026 - 17:25
Azərbaycan və Bolqarıstan universitetləri əməkdaşlığa başladı13.10.2026 - 17:21
Thonqlun Sisulit BDU-nun tələbələri ilə görüşüb13.10.2026 - 17:17
Ombudsman Səbinə Əliyeva vətəndaşlarla görüşüb13.10.2026 - 17:15
Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib13.10.2026 - 17:10
Yeni səfir Esmira Cəfərova etimadnaməsini təqdim edib13.10.2026 - 17:09
Azərbaycanda görkəmli alim vəfat etdi13.10.2026 - 17:07
Thonqlun Sisulit Milli Məclisdə olub13.10.2026 - 17:04
Bu il Azərbaycan “Oskar”da təmsil oluna bilər mi ?13.10.2026 - 16:37
“Arşın mal alan” filmi Londonda nümayişi olub13.10.2026 - 16:34
Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq13.10.2026 - 15:36
Məktəbli forması 3 ildən bir dəyişdirilə bilər13.10.2026 - 15:32
Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur13.10.2026 - 15:28
Memarlar Sadıq Dadaşovla Mikayıl Useynovun Bakıda ucaldılacaq abidəsinin yeri dəyişdirilib13.10.2026 - 15:25
“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub13.10.2026 - 15:22
İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”13.10.2026 - 15:17
Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub13.10.2026 - 15:14
Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib13.10.2026 - 15:11
Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı13.10.2026 - 15:08
Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq13.10.2026 - 15:05