Dövlət İmtahan Mərkəzində qəbul imtahanlarının proqramlarının təkmilləşdirilməsi istiqamətində elmi-metodik seminar keçirilib.
“Tehsil365” xəbər verir ki, DİM-in məlumatına görə, oktyabrın 13-də keçirilən seminarda I ixtisas qrupunun RK altqrupu və IV ixtisas qrupu üzrə qəbul imtahanlarının proqramları müzakirə edilib.
Seminarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, eləcə də müvafiq elmi-tədqiqat institutlarının mütəxəssisləri iştirak ediblər.
Müzakirələr zamanı ümumi kimya bölməsi üzrə təkliflər nəzərdən keçirilib və iştirakçıların rəyləri əsasında müəyyən redaktə xarakterli düzəlişlər edilib.
DİM-dən bildirilib ki, proqramlar təsdiqləndikdən sonra “Abituriyent” jurnalının 1-ci nömrəsində dərc olunacaq. Müzakirələrin növbəti həftə davam etdirilməsi nəzərdə tutulur.

