Azərbaycan Dillər Universitetinin (ADU) müəllimi Nailə Məmmədova İndoneziyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Universitas Negeri Malangın (UM) beynəlxalq diasporasına üzv qəbul olunub.
“Tehsil365” xəbər verir Bildirilib ki, oktyabrın 10-da Bakı vaxtı ilə saat 06:00-da Nailə Məmmədova UM Diaspora Komandasının Zoom platforması vasitəsilə təşkil etdiyi “UM Diaspora Paylaşma Sessiyası”nda iştirak edib.
Sessiyanın əsas məqsədi beynəlxalq əlaqələri gücləndirmək, qlobal UM icması daxilində əməkdaşlıq imkanlarını genişləndirmək və gələcək birgə təşəbbüsləri təşviq etmək olub.
Görüş zamanı N.Məmmədova ADU-da tədris olunan indoneziyaşünaslıq ixtisası, ixtisas üzrə tədris olunan fənlər və tələbələrin fəaliyyəti barədə ətraflı məlumat verib.
Qeyd edək ki, Nailə Məmmədovanın UM Diasporasına üzv qəbul olunması onun beynəlxalq akademik əlaqələrinin inkişafı üçün yeni perspektivlər yaradır.

