Oktyabrın 7-də Azərbaycan Dillər Universitetində (ADU) “Təhsildə süni intellekt və rəqəmsal texnologiyalardan istifadə” mövzusunda birgünlük ödənişsiz təlim keçirilib.
“Tehsil365” xəbər verir ki, ADU-nun Təlim və Metodologiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimin mövzusu İngilis və fransız dilləri fakültəsinin Keyfiyyətin təminatı komissiyasının 14 may tarixli iclasında təklif olunub.
Təlimdə ADU-nun 12 kafedrasından 40-a yaxın müəllim, həmçinin Naxçıvan Dövlət Universitetinin əməkdaşları onlayn formatda iştirak ediblər.
Açılışda dekanlar - dosent Vəfa Babayeva və dosent Naibə Camalzadə iştirakçıları salamlayıb.
Təlim iki sessiya ilə davam edib:
Birinci sessiyada Psixologiya və Pedaqogika kafedrasının müəllimi Ayşən Şirinova “Kahoot, Speechify və Gemini Notebook” platformalarının tətbiqini, ikinci sessiyada isə Beynəlxalq münasibətlər kafedrasının dosenti Abbas Əliyev ali məktəblərdə süni intellektin pedaqoji fəaliyyətə tətbiqini təqdim edib.
Təlimin sonunda iştirakçılara WhatsApp qrupu vasitəsilə videotəlimatlar və resurslar göndərilib.

