Oktyabrın 13-də ADU və AD Scientific Index platformasının birgə təşkilatçılığı ilə “Elmi fəaliyyətin qiymətləndirilməsi və beynəlxalq reytinqlərdə görünürlük” mövzusunda hibrid vebinar keçirilib. Vebinarda 167 nəfər iştirak edib.
“Tehsil365”xəbər verir ki, Tədbiri Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva açaraq platformanın bir il müddətinə ADU üçün açıq olmasını təmin edən razılaşmaya görə qurucu professor Murat Alperə təşəkkür edib.
Bildirilib ki, AD Scientific Index Google Scholar əsasında alimlərin fəaliyyətini 9 parametr üzrə qiymətləndirən qlobal reytinq sistemidir.
Vebinarda professor Murat Alper platformanın qiymətləndirmə prinsiplərindən, Müslüm Yıldız isə h-indeksi, i10 indeksi və istinad sayının hesablanmasından danışıb və ADU-nun 201 əməkdaşının reytinq göstəricilərini təqdim edib.
Prorektor prof. Həmidə Əliyeva beynəlxalq görünürlüyün artırılmasının əhəmiyyətini vurğulayıb.
Tədbir müzakirələrlə başa çatıb.

