Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti Fariz Abdullayev Azərbaycan Dillər Universitetinin “ADU Radio”sunun qonağı olub.
“Tehsil365”xəbər verir ki, “Sport pulse” layihəsi çərçivəsində keçirilən görüşdə Fariz Abdullayev ölkəmizdə Real Aykido-nun cari vəziyyəti, gənclərin idmana cəlb olunması və federasiyanın qarşıdakı hədəflərindən danışıb.
O bildirib ki, bu döyüş sənəti gənclərin fiziki və mənəvi inkişafında mühüm rol oynayır.
Görüş sual-cavab sessiyası ilə davam edib.
Qeyd edək ki, Fariz Abdullayev Real Aykido üzrə 5-ci Dan, Krav Maga üzrə 4-cü Dan və Budo üzrə 2-ci Dan qara kəmər ustasıdır.

