“Oktyabrın 14-də Cəbrayıl rayonunun Şükürbəyli kəndində işaxtaran şəxslər üçün əmək yarmarkası təşkil olunacaq”.
“Tehsil365” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Yarmarka Dövlət Məşğulluq Agentliyi və “Clean Home” MMC-nin birgə təşkilatçılığı ilə keçiriləcək. Tədbir saat 10:30-da Şükürbəyli kənd inzibati binasında başlayacaq.
Yarmarka çərçivəsində şirkətin mövcud vakansiyaları təqdim ediləcək və uyğun namizədlərin qeydiyyatı aparılacaq. İştirakçılara, həmçinin Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.
Qeyd olunub ki, əmək yarmarkasında iştirak etmək istəyən şəxslər özləri ilə şəxsiyyət vəsiqələrini gətirməlidirlər.

