“Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2026/2027-ci tədris ili üzrə əcnəbi tələbələrin qəbulu davam edir. Bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə müraciətlərin qəbulu oktyabrın 15-dək uzadılıb”.
“Tehsil365” xəbər verir ki, bu barədə UNEC-in rəsmi xəbər portalında məlumat verilib.
Universitetdə təhsil almaq istəyən xarici vətəndaşlar müraciətlərini “portal.edu.az” platforması vasitəsilə təqdim edə bilərlər.
Ətraflı məlumat əldə etmək istəyən namizədlər UNEC-in rəsmi internet resurslarına müraciət edə və universitetlə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, qəbul bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir.

