“2026/2027-ci tədris ili üzrə Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı Proqramının seçim prosesi başa çatıb. Proqram çərçivəsində 55 ölkədən 100 namizəd təhsil qrantı qazanıb”.
Tehsil365 xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə məlumatında bildirilib.
Məlumata görə, seçim prosesi 64 ölkədən olan namizədlərin müraciətləri əsasında aparılıb. Yüz nəfər təhsil qrantı almaq hüququ əldə edib.
Proqram xarici ölkə vətəndaşlarının Azərbaycanda ali təhsil almasına imkan yaradır və ölkənin beynəlxalq təhsil əlaqələrinin genişləndirilməsinə xidmət edir.
Beynəlxalq təhsil qrantları müxtəlif ölkələrdən olan gənclərin Azərbaycan universitetlərində təhsil almasına, akademik bilik və təcrübə qazanmasına şərait yaradır.

