Təhsil 365 - Logo Mobile

Media və Yayım Şurası: "İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib

4314.10.2026 - 07:51
Media və Yayım Şurası: "İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib

Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi açıq müşahidə olunur.

“Tehsil365” xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında bildirilib.

Bildirilib ki, siyasi-ideoloji motivlərlə müşayiət olunan, ictimai rəyin manipulyasiyası və ölkənin daxili məsələlərinə müdaxilə xarakteri daşıyan bu cür fəaliyyət informasiya məkanından sui-istifadənin və ictimai etimadı sarsıtmaq cəhdlərinin qəbuledilməz nümunəsidir:

"Eyni orfoqrafik xətalar və yazı üslubu ilə kütləvi paylaşımların olunması, oxşar şərhlərin ardıcıl surətdə kopyalanması, eləcə də ölkəmizə heç bir aidiyyəti olmayan foto və videomaterialların montaj edilərək yayılması koordinasiyalı şəkildə həyata keçirilən trol hücumlarının primitiv və asanlıqla müəyyənləşdirilən üsuludur.

Paylaşım edənlərin xaricidilli olmasına baxmayaraq, Azərbaycan dilində yaradılmış bir həştəqlə qısa zaman ərzində 400-dən çox postun paylaşılması, bir çox hallarda bu məzmunun sadəcə həştəqdən ibarət olması və bir hesabdan dəfələrlə eyni məzmunun tirajlanması bu kampaniyaların manipulyativ xarakterini açıq şəkildə nümayiş etdirir və onların təşkilatçılarına və iştirakçılarına qarşı haqlı ictimai narazılıq və hiddət yaradır.

Müxtəlif anonim hesablar vasitəsilə bu kimi paylaşımların həyata keçirilməsi, habelə neqativ şərh və reaksiyalar vasitəsilə vətəndaşların ictimai qaydanı pozmağa təşviq edilməsi həm Azərbaycan Respublikasının, həm də beynəlxalq qanunvericiliyin tələblərinə tamamilə ziddir və hüquqi məsuliyyət yaradır.

İran və Türkiyədən, xüsusilə "Telegram", "TikTok" və X platformaları üzərindən məqsədyönlü informasiya hücumlarının intensivləşməsini informasiya təhlükəsizliyinin qorunması, dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq prinsipləri ilə uzlaşmayan hal kimi qiymətləndirir və qətiyyətlə pisləyirik.

Həmin ölkələrin media və sosial media seqmentində Azərbaycan haqqında əsassız və qərəzli materialların, Azərbaycan dövlətinin və xalqının ünvanına hədə, təhdid və təhqirin adi hala çevrilməsi, bununla bağlı hakimiyyət orqanları tərəfindən heç bir tədbir görülməməsi ictimaiyyətimiz arasında narahatlıq və ciddi narazılıq doğurur".

Azərbaycan Respublikası Media və Yayım Şurası bir daha vətəndaşları, media subyektlərini və sosial media istifadəçilərini bu cür manipulyativ kampaniyalara qarşı ayıq-sayıq olmağa, həqiqətə uyğun olmayan məlumatların yayılmasında iştirak etməməyə və ölkəmizin nüfuzuna xələl gətirməyə yönəlmiş cəhdlərə qarşı məsuliyyətli və prinsipial mövqe nümayiş etdirməyə çağırır.

Nuranə Mərdiyeva

Xəbər Lenti

Təmayül sinifləri repetitor xərcini azalda bilər14.10.2026 - 11:18
Kəlağayı naxışlarındakı sirr...14.10.2026 - 11:16
Dərs saatını universitet deyil, tələbə seçsin 14.10.2026 - 11:14
55 ölkədən 100 nəfər Azərbaycanda təhsil qrantı qazandı14.10.2026 - 11:12
Metro bu gün gücləndirilmiş rejimdə çalışacaq14.10.2026 - 11:09
YAP-ın yeni İdarə Heyəti toplaşır 14.10.2026 - 11:07
“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz” - Röya Ayxan14.10.2026 - 11:05
Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub14.10.2026 - 10:21
Thonqlun Sisulit "ASAN xidmət" mərkəzibdə olub14.10.2026 - 09:58
Sergey Lavrov Bakıda AQEM sammitində iştirak edəcək14.10.2026 - 09:52
Sabahın hava proqnozu açıqlanıb14.10.2026 - 09:49
"Səyyar Gənclər Xidməti" fəaliyyət göstərəcək14.10.2026 - 09:42
Səhərlər güclü susuzluq yaşayanların nəzərinə!14.10.2026 - 08:18
Hindistanın XİN rəhbəri Bakıya gəldi14.10.2026 - 08:16
Məktəblərdəki təxribatlara görə saxlanılanlar barəsində qərar…14.10.2026 - 08:10
İlham Əliyev müraciət edib14.10.2026 - 08:06
Bakıda IIl Milli Rəqabət Forumu keçirilir14.10.2026 - 08:05
Avropanın Rusiyaya münasibəti dəyişməyəcək - Knaysl14.10.2026 - 07:44
Roma Papasında ağciyər xərçəngi aşkarlandı14.10.2026 - 07:40
Yazıçı Aqşın Ağkəmərli vəfat etdi14.10.2026 - 07:38
İğdırda Azərbaycan İncəsənət Həftəsi keçirilib14.10.2026 - 07:30
Çox spirtli içki içənlərin bədəni niyə ağrıyır?14.10.2026 - 07:17
Dövlət saytlarına intensiv kiberhücumlar var - Rəsmi14.10.2026 - 07:10
Azərbaycanın ilk qadın snayperi vəfat etdi 14.10.2026 - 07:03
Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı14.10.2026 - 06:55
55 ölkədən 100 tələbə Azərbaycanda təhsil üçün beynəlxalq qrant qazanıb13.10.2026 - 20:11
UNEC-də əcnəbi tələbələrin qəbulu üçün son tarix açıqlanıb13.10.2026 - 20:04
Cəbrayılda əmək yarmarkası keçiriləcək – vakansiyalar təqdim olunacaq13.10.2026 - 19:58
Dövlət sistemlərindəki təhlükəsizlik boşluqlarını aşkarlayanlara mükafat veriləcək13.10.2026 - 19:54
ChatGPT və Gemini adından istifadə edən saxta saytlarla bağlı xəbərdarlıq edilib13.10.2026 - 19:45
Universitet tələbələri elektrik enerjisinin istehsalı prosesini öyrəniblər13.10.2026 - 19:38
Dövlət qulluğuna qəbul imtahanına 1552 namizəd qeydiyyatdan keçib13.10.2026 - 19:35
Tələbələrin innovativ ideyalarına dəstək: universitetdə yeni təşəbbüslər müzakirə olunub13.10.2026 - 19:28
Ekspertdən VPN bağlı xəbərdarlığ13.10.2026 - 19:20
Xəzər müəlliminin uğuru13.10.2026 - 19:15
UNEC və TABIA Group-dan tələbələr üçün yeni əməkdaşlıq13.10.2026 - 19:11
Xəzər Universitetində Clarivate təlimi13.10.2026 - 19:10
NDU-da YAP Qurultayına həsr olunmuş tədbir13.10.2026 - 19:05
NDU-da Cavad Cavadlıya həsr olunmuş tədbir13.10.2026 - 19:00
Fariz Abdullayev ADU Radiosunun qonağı oldu13.10.2026 - 18:55
ADU-da Beynəlxalq Simpozium keçirildi13.10.2026 - 18:50
ChatGPT və Gemini adından istifadə edən saxta saytlarla bağlı xəbərdarlıq edilib13.10.2026 - 18:43
ADU-da beynəlxalq vebinar keçirildi13.10.2026 - 18:40
ADU-da YAP müşavirəsi baş tutdu13.10.2026 - 18:35
ADU-da təlim keçirildi13.10.2026 - 18:30
ADU-dan İndoneziya ilə əməkdaşlıq 13.10.2026 - 18:20
Ramin Məmmədov: Tarixinə bağlı vətəndaş yetişdirilməlidi13.10.2026 - 18:00