Baş örtüyünün ümumi ənənəsi ilə konkret bir milli geyim nümunəsi olan kəlağayını eyniləşdirmək olmaz.
Atəş Əhmədlinin fikrincə, kəlağayının milli geyim nümunəsi kimi yenidən gündəmə gəlməsi, xüsusilə gənclərin bu irsə marağının artması baxımından əhəmiyyətlidir. O bildirib ki, kəlağayı yalnız geyim elementi deyil, həm də xalqımızın mənəvi irsini, milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyərdir.
Bu ənənənin qorunması və gələcək nəsillərə ötürülməsi milli-mənəvi irsimizin yaşadılması baxımından vacibdir.

