“Bakıda keçirilən kəlağayı yürüşü milli dəyərlərimizin qorunması və təbliği istiqamətində olduqca əhəmiyyətlidir. Burada əsas məqsədimiz keçmişimizi yaşatmaq, milli-mədəni irsimizi gələcək nəsillərə ötürməkdir.”
“Tehsil365” xəbər verir ki, “AZƏRTAC”a açıqlamasında “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin sədri Turanə Orucova bildirib.
O qeyd edib ki, belə tədbirlər vasitəsilə gənclərimiz milli geyimlərimizi və mədəni irsimizi daha yaxından tanıyır, onların tarixi və əhəmiyyəti haqqında ətraflı məlumat əldə edirlər. Həmçinin bu kimi aksiyalar keçmişlə gələcək arasında körpü yaratmaq, milli-mədəni dəyərlərimizin yaşadılmasına və dövlətçilik ənənələrimizin möhkəmlənməsinə töhfə vermək məqsədi daşıyır.

