Təhsil 365 - Logo Mobile

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

9314.10.2026 - 14:36
Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

“Nazirlər Kabinetinin vahid məktəbli geyimi ilə bağlı müvafiq qərarı və bu qaydalara riayət olunması məsələsi cəmiyyətimiz üçün mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu qərar vaxtında qəbul edilib. Çünki son dövrlərdə cəmiyyətimizdə, xüsusilə də təhsil müəssisələrində müəyyən pərakəndəlik və fikir ayrılıqları müşahidə olunurdu. Azyaşlı şagirdlərin müxtəlif geyimlərdə məktəbə gəlməsi də müəyyən narahatlıqlar doğururdu”.

“Tehsil365” xəbər verir ki, bunu “AZƏRTAC” a açıqlamasında Xalq artisti, bəstəkar Sərdar Fərəcov bildirib.

Onun sözlərinə görə, din mənəvi dəyərlərimizin mühüm tərkib hissəsidir və ölkəmizdə vicdan azadlığı təmin olunur. Lakin insanın dini seçimi və dinə uyğun həyat tərzi ilə bağlı müstəqil qərar verməsi yetkinlik yaşına çatdıqdan sonra daha məqsədəuyğundur. Çünki azyaşlı uşaqların əqidəsi, dünyagörüşü və həyata baxışları hələ tam formalaşmayıb. Onları erkən yaşlarından müəyyən dini baxışlara yönləndirmək, uşaqların sərbəst seçim hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər.

“Uşaqlar kiçik yaşlarından elmə, təhsilə, musiqiyə, idmana, teatra, kinoya, bir sözlə, dünyəvi biliklərə və hərtərəfli inkişafa maraq göstərməlidirlər. Onların yalnız dini ibadətlə məşğul olmağa yönləndirilməsini düzgün hesab etmirəm. Belə yanaşma uşaqların təhsilinə, dünyagörüşünün formalaşmasına və intellektual inkişafına mənfi təsir göstərə bilər. Buna görə də Nazirlər Kabinetinin müvafiq qərarını alqışlayıram. Düşünürəm ki, bu qərar cəmiyyətimiz üçün müsbət nəticələr verəcək”, – deyə Xalq artisti vurğulayıb.

Tarixə nəzər salan S.Fərəcov qeyd edib ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində görkəmli ədib Cəlil Məmmədquluzadənin “Ölülər”, “Dəli yığıncağı” kimi əsərlərində cəmiyyətdə mövcud olan mövhumat, dini fanatizm və insanların dini inanclarından sui-istifadə halları kəskin tənqid olunub. Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Cəfər Cabbarlı və digər görkəmli yazıçı-dramaturqlarımız da yaradıcılıqlarında bu problemlərə toxunublar. Onlar dini insanların istismar vasitəsinə çevirənləri, din adı altında yalan və riyakarlıq edənləri öz əsərlərində ifşa ediblər. Bu kimi ictimai problemlər Azərbaycan ədəbiyyatında geniş əksini tapıb, teatr səhnələrində tamaşaçılara təqdim olunub.

“Bizim keçmişin mənfi təcrübələrini yenidən yaşamağa ehtiyacımız yoxdur. Azərbaycan azad və dünyəvi dövlətdir. Cəmiyyətimizdə hər bir insan sərbəst yaşamaq, öz fikirlərini ifadə etmək, inancına və dünyagörüşünə uyğun seçim etmək hüququna malikdir. Bununla yanaşı, heç bir halda din adı altında insanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına, onların müəyyən təsirlər altında saxlanılmasına yol verilməməlidir. Cəmiyyətin sağlam inkişafı, uşaqların hərtərəfli təhsil alması və müstəqil düşüncəyə malik şəxsiyyət kimi yetişməsi hər zaman əsas prioritetlərdən biri olmalıdır”, – deyə bəstəkar fikirlərini yekunlaşdırıb.

Asyat Abdurahmanova

Xəbər Lenti

BP-də çalışan məzunlardan seminar14.10.2026 - 18:45
UNEC-də ikili diplom proqramı14.10.2026 - 18:40
ADNSU-da seminar keçirildi14.10.2026 - 18:30
ADNSU Tələbələri Antalyada 14.10.2026 - 18:25
ADNSU-da yaşıl enerji təlimi14.10.2026 - 18:20
Anar Osmanlı Özbəkistanda 14.10.2026 - 18:10
Zaur Məmmədov: “Cənubi Qafqazın sabitlik adasına çevrilməsi üçün Azərbaycanın tələbləri yerinə yetirilməlidir”14.10.2026 - 18:06
YAP AzTU -da müşavirə təşkil edib14.10.2026 - 17:32
“ IV Beynəlxalq Quadrat” Nəsr Festivalında ölkəmizi yazıçı Ulucay Akif təmsil edəcək.14.10.2026 - 17:25
15 Oktyabr hava necə olacaq?14.10.2026 - 17:17
Azərbaycan kiberhücumların hədəfinə çevrilir14.10.2026 - 17:10
Əməkdar jurnalist vəfat etdi14.10.2026 - 17:05
Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb14.10.2026 - 14:59
Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq14.10.2026 - 14:54
Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib14.10.2026 - 14:52
Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert14.10.2026 - 14:47
QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır14.10.2026 - 14:33
Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər14.10.2026 - 14:30
Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib14.10.2026 - 14:28
9 nəfər Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq14.10.2026 - 14:25
“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir14.10.2026 - 14:19
Polimer Materialları İnstitutunun əməkdaşları SOCAR Karbamid zavodunda14.10.2026 - 14:17
ADNSU tələbələri istehsalat prosesini real mühitdə öyrəniblər14.10.2026 - 14:14
Məhkumlar üçün peşə təhsili standartları yenilənir14.10.2026 - 14:12
Kəlağayı Azərbaycanın milli kimliyinin simvoludur14.10.2026 - 14:10
“Gənclər kəlağayıdan daha çox istifadə etməlidir”14.10.2026 - 14:06
Ramil Əhmədin “Yeddi Kölgə” kitabının təqdimatı keçiriləcək14.10.2026 - 12:56
BSU-da “Dil və mədəniyyət” forumu keçirilib14.10.2026 - 12:27
"Minalardan azad dünya" adlı fotosərgi keçirilib14.10.2026 - 12:25
Qırmızı Xaç: Yəməndəki xəstəxanalar yaralı axınının öhdəsindən gələ bilmir14.10.2026 - 12:14
Psixoloq-psixoterapevt Mirsadiq Muxtarov: "İnsanın həyatından zövq alması üçün öz dəyərini başqalarının nailiyyətləri ilə ölçməməsi vacibdir" 14.10.2026 - 11:52
Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq14.10.2026 - 11:39
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı14.10.2026 - 11:36
2012-ci ilin rekordu yada düşdü14.10.2026 - 11:33
Hafiz Paşayev: ADA texniki ixtisaslara xüsusi diqqət yetirir14.10.2026 - 11:28
Məleykə Abbaszadə açıqlama yaydı - Məktəblərdən danışdı14.10.2026 - 11:21
Təmayül sinifləri repetitor xərcini azalda bilər14.10.2026 - 11:18
Kəlağayı naxışlarındakı sirr...14.10.2026 - 11:16
Dərs saatını universitet deyil, tələbə seçsin 14.10.2026 - 11:14
55 ölkədən 100 nəfər Azərbaycanda təhsil qrantı qazandı14.10.2026 - 11:12
Metro bu gün gücləndirilmiş rejimdə çalışacaq14.10.2026 - 11:09
YAP-ın yeni İdarə Heyəti toplaşır 14.10.2026 - 11:07
“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz” - Röya Ayxan14.10.2026 - 11:05
Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub14.10.2026 - 10:21
Thonqlun Sisulit "ASAN xidmət" mərkəzibdə olub14.10.2026 - 09:58
Sergey Lavrov Bakıda AQEM sammitində iştirak edəcək14.10.2026 - 09:52
Sabahın hava proqnozu açıqlanıb14.10.2026 - 09:49