Azərbaycan Dillər Universitetinin rektorunun müşaviri Anar Osmanlı Özbəkistanda keçirilən V Beynəlxalq Sığorta, Bankçılıq və Maliyyə Simpoziumunda iştirak edib.
“Tehsil365” xəbər verir ki, 6-7 oktyabrda Cizzaxın Zomin rayonunda Almalıq Dövlət Texniki İnstitutunun təşkilatçılığı ilə keçirilən simpoziumda çıxış edən Anar Osmanlı iştirakçıları ADU-nun rektoru akademik Kamal Abdullanın adından salamlayıb.
O, Azərbaycan-Özbəkistan münasibətlərinin ortaq tarixi köklərə əsaslandığını, Prezident İlham Əliyevin “TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir” fikrinin Türk dünyasında birliyin mahiyyətini ifadə etdiyini vurğulayıb.
Çıxışda Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzulidə inşa edilən Mirzə Uluqbəy adına məktəbin iki xalq arasında qardaşlığın rəmzi olduğu bildirilib.

