5–9 oktyabr 2026-cı ildə Türkiyənin Antalya şəhərində 77-ci Beynəlxalq Astronavtika Konqresi (IAC 2026) keçirilib.
“Tehsil365”xəbər verir ki,Dünyanın ən nüfuzlu kosmik elm tədbirlərindən olan konqresdə 108 ölkədən 10 mindən çox iştirakçı iştirak edib. Tədbirə təqdim olunan 8 330 elmi işdən 4 077-si qəbul edilib. Azərbaycan 211 qəbul edilmiş işlə ölkələr arasında 5-ci yerdə qərarlaşıb.
Konqresdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) SSBAH Mərkəzinin rəhbəri Arzu İbrahimova və 15 tələbə təmsil edib. ADNSU tələbələri müxtəlif sessiyalarda öz elmi tədqiqatlarını təqdim edərək beynəlxalq müzakirələrə töhfə veriblər.
Bu iştirak tələbələrin elmi potensialının inkişafı və ADNSU-nun qlobal akademik mühitdə təmsilçiliyinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

