Oktyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzunlarla iş və karyera mərkəzinin təşkilatçılığı ilə seminar keçirilib.
“Tehsil365”xəbər verir ki, Seminarın qonağı ADNSU məzunu, beynəlxalq "Halliburton" şirkətində Quyuların tamamlanması üzrə servis lideri Pərviz Həsənov olub. O, tələbələrə mühəndislik sahəsində karyera qurmağın xüsusiyyətləri və beynəlxalq şirkətlərdə çalışma imkanları barədə məlumat verib.
Görüşdə təhsildən iş həyatına keçid, işə qəbul və müsahibə prosesləri, mühəndis karyerasının xüsusiyyətləri və qarşıya çıxan çətinliklər müzakirə olunub. "Xəyalımdakı gələcək" mövzusu çərçivəsində tələbələrin karyera perspektivləri və hədəflərinə çatmaq üçün atmalı olduqları addımlar diqqətə çatdırılıb.
Pərviz Həsənov uğur qazanmaq üçün nəzəri biliklərlə yanaşı praktiki bacarıqların, məsuliyyətin və davamlı öyrənmənin vacibliyini vurğulayıb.

