UNEC ilə Daşkənd Dövlət İqtisad Universiteti arasında icra olunan ikili diplom proqramı davam edir.
“Tehsil365” xəbər verir ki, Proqramın şərtlərinə əsasən, tələbələr birinci semestr UNEC-də, növbəti üç semestr isə Daşkənd Dövlət İqtisad Universitetində təhsil alacaqlar. Proqramı uğurla başa vuran məzunlara hər iki universitetin diplomu veriləcək.
İkili diplom proqramı üzrə təhsil almaq üçün UNEC-də olan özbəkistanlı tələbələrlə görüşən rektor professor Ədalət Muradov onları təbrik edərək uğurlar arzulayıb. Görüşdə tələbələrə UNEC-in təhsil imkanları və beynəlxalq reytinqlərdəki mövqeyi barədə məlumat verilib.
Rektor qeyd edib ki, UNEC xarici universitetlərlə 10-dan çox ikili diplom proqramı reallaşdırsa da, bu, yeganə proqramdır ki, UNEC tələbələri xaricə getmir, əksinə əcnəbi tələbələr təhsil almaq üçün UNEC-ə gəlirlər.
Görüşdə tələbələrin Azərbaycanda olduqları müddətdə ölkəmizin tarixi, mədəniyyəti və milli dəyərləri ilə yaxından tanış olmalarının vacibliyi də vurğulanıb.

