BP şirkətində çalışan ISE məzunları tərəfindən tələbələr üçün seminar keçirilib.
“Tehsil365”xəbər verir ki, Seminarı BP-də Senior Finance Advisor kimi çalışan Müzəffər Abbasov, Finance and Commercial Analyst İdrak Atakişili və Aqil Cəfərov aparıblar. Tələbələr iqtisadi modelləşdirmənin real biznes mühitində tətbiqi ilə tanış olublar.
Workshop çərçivəsində iqtisadi modellərin qurulması, maliyyə proqnozlarının hazırlanması, layihələrin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi və risklərin təhlili mövzuları müzakirə olunub.
İnteraktiv formatda keçirilən seminarda tələbələrin sualları da cavablandırılıb.

