Böyük hesablama gücü tələb etməyən kiçik süni intellekt modelləri bir neçə aydan sonra məlumat mərkəzlərinə qoşulmadan kommersiya cihazlarında müstəqil işləyə biləcək.
“Tehsil365”xəbər verir ki, Amerikanın "Anthropic" şirkəti rəsmi saytında məlumat yayıb.
"Eksperimentlərimiz göstərir ki, kiçik Sİ modellərinin ağıllı soba və televizor kimi kommersiya cihazlarında müstəqil işləmək qabiliyyəti qazanması üçün cəmi bir neçə ay tələb oluna bilər", - deyə bəyanatda bildirilib.
Şirkət qeyd edib ki, belə sistemlər tanımadıqları cihazları müstəqil müəyyən edə bilir. Sınaqlar zamanı model yoxlanılan doqquz aparat növündən səkkizində sistemi işə salmaq tapşırığının öhdəsindən gəlib.

