Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzi məzunların peşəkar inkişafı və beynəlxalq karyera imkanlarına çıxışının genişləndirilməsinə xüsusi önəm verir.
“Tehsil365” xəbər verir ki, Bu çərçivədə Yunanıstanın Rodos adasında 2027-ci ilin yazında açılacaq beşulduzlu Avelia MGallery Rhodes hotelindəki vakansiyalar ilkin mərhələdə Xəzər məzunlarına təqdim olunub.
Oktyabrın 13-də Sapphire Inn Hoteldə keçirilən müsahibələrdə məzunlar iştirak edib. Müsahibələrdə hotelin İdarə Heyətinin üzvü Roula Soulunia, HR direktoru Anca Cucu və hotelin açılışöncəsi komandasının üzvü, Xəzər məzunu Aynurə Musayeva iştirak ediblər.
Front Office & Guest Relations, Food & Beverage və Spa istiqamətləri üzrə vakansiyalar məzunlara beynəlxalq hotelçilikdə karyera qurmaq imkanı yaradır.

