Xəzər Universitetində akademik rəqəmsallaşma və tədqiqat nəticələrinin beynəlxalq görünürlüyünün artırılması istiqamətində görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, Görüşdə Türkiyənin Erzincan Binali Yıldırım Universitetinin professoru Prof. Dr. Hakan Yalçıner Raw Data Library platformasının imkanlarını təqdim edib. Təqdimatda akademik məlumatların idarə edilməsi, elmi resurslara çıxış və Crossref DOI infrastrukturu barədə məlumat verilib.
Görüş zamanı RDLopen, RDLsis və RDLthesis sistemlərinin universitetin rəqəmsal transformasiyasına və beynəlxalq görünürlüyünə töhfələri müzakirə olunub.

