Xəzər Universitetində Macarıstanın Şopron Universitetinin nümayəndə heyəti ilə oktyabrın 9-da görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, Görüşdə Şopron Universitetini Meşəçilik fakültəsinin dekanı Prof. Dr. Balint Heil və inkişaf məsələləri üzrə məsləhətçi Dr. Marton Beke, Xəzər Universitetindən isə rektor Dr. Raziyə İsayeva, dekanlıq, departament əməkdaşları və Beynəlxalq əlaqələr şöbəsinin nümayəndələri iştirak ediblər.
İki universitet arasında ikili diplom proqramlarının yaradılması, birgə təhsil imkanlarının genişləndirilməsi və institusional əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunub.

