Təhsil 365 - Logo Mobile

İstanbuldakı dağıdıcı seli proqnozlaşdıran mütəxəssis yenidən XƏBƏRDARLIQ ETDİ

4415.10.2026 - 07:03
İstanbuldakı dağıdıcı seli proqnozlaşdıran mütəxəssis yenidən XƏBƏRDARLIQ ETDİ

Türkiyənin İstanbul şəhərində yağan güclü yağışlar və baş verən daşqınlardan sonra yeni təhlükə ilə bağlı xəbərdarlıq olunub. Meteoroloq Murat Şahin torpağın su ilə doyduğunu qeyd edərək, yaxın zamanda bölgədə daha bir güclü yağış dalğasının gözlənildiyini bildirib.

“Tehsil365” xəbər verir ki, keçmiş İzmir Regional Meteorologiya İdarəsinin rəhbəri və meteorologiya mütəxəssisi Murat Şahin İstanbul və bütün Mərmərə bölgəsi üçün ciddi xəbərdarlıq edib.

Mütəxəssis bildirib ki, oktyabrın 14-də İstanbulda qeydə alınan güclü yağışlar nəticəsində bəzi ərazilərdə bir kvadratmetrə 100 litrdən çox yağıntı düşüb. Onun sözlərinə görə, bölgəyə təsir edən yağışlı hava yaxın 2-3 gün ərzində də davam edə bilər.

Murat Şahin bildirib ki, hazırda torpağın su ilə doyması və infrastrukturun yüklənməsi yeni yağıntılar zamanı daşqın riskini artırır.

"Sabah daha bir güclü yağıntı dalğası gəlir. İndiyədək düşən 100 litr yağışın üzərinə daha 100 litr və ya daha çox yağıntı əlavə olunarsa, fəlakət baş verə bilər. Sel, daşqın və insan tələfatı yaşana bilər", - deyə meteoroloq xəbərdarlıq edib.

Şahin xüsusilə cümə axşamı və cümə günləri üçün ehtiyatlı olmağa çağırıb. O, İstanbul və digər Mərmərə şəhərlərində təhlükəli meteoroloji şəraitin davam etdiyini vurğulayıb.

Məlumata görə, Murat Şahin hələ oktyabrın 10-da Mərmərə, Egey və Qərbi Aralıq dənizi bölgələrində güclü yağışlar nəticəsində sel və daşqınların baş verə biləcəyi barədə xəbərdarlıq edib.

O, həmin vaxt çay məcralarının və suötürücü kanalların təmizlənməsinin, yağış sularının axıdılması üçün nəzərdə tutulan barmaqlıqların açılmasının, suyun qarşısını kəsə biləcək maneələrin aradan qaldırılmasının vacibliyini qeyd edib.

Şahin bütün Mərmərə bölgəsindəki şəhərləri yüksək hazırlıq vəziyyətində olmağa, aidiyyəti qurumları isə qabaqlayıcı tədbirləri təcili şəkildə gücləndirməyə çağırıb.

Qeyd edək ki, əlavə 100 litr yağıntı ilə bağlı açıqlama meteoroloqun xəbərdarlığıdır. Bu miqdarda yağıntının bütün ərazilərdə mütləq qeydə alınacağı təsdiqlənmiş proqnoz kimi qəbul edilməməlidir.

Nuranə Mərdiyeva

Xəbər Lenti

Tələbələr hansı hallarda universitetdən xaric edilə bilər? - Qaydalar15.10.2026 - 13:27
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək15.10.2026 - 13:26
Qız tələbələrin “Vergi Akademiyası” proqramına qəbulu başlayır15.10.2026 - 13:23
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - RƏSMİ QƏRAR15.10.2026 - 13:21
İlham Əliyev: Biz uşaq qatillərinin səviyyəsinə enmədik15.10.2026 - 13:18
Polimer Materialları İnstitutunun məqaləsi Q4 jurnalında dərc olunub15.10.2026 - 13:15
Azərbaycanda gənclər ən çox nələrdən ölürlər?15.10.2026 - 13:07
İlham Əliyev: “Azərbaycan təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq edib”15.10.2026 - 13:04
Azərbaycanla Qazaxıstan arasında iki sənədin mübadiləsi olub15.10.2026 - 12:30
BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb15.10.2026 - 12:18
Məktəbə hücum edənlər həbs olundu 15.10.2026 - 12:11
Xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı15.10.2026 - 12:10
Psixoloq Cəmilə Haciyeva: "Öz ehtiyaclarımızı arxa plana ataraq başqalarını məmnun etməyə çalışırıq" 15.10.2026 - 12:00
10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir 15.10.2026 - 11:45
Məktəbə hücum edənlər həbs olundu 15.10.2026 - 11:40
Azərbaycan və Özbəkistan universitetləri Xankəndidə toplaşır15.10.2026 - 11:35
Məktəbəqədər hazırlıq məcburi olmalıdır - TƏKLİF15.10.2026 - 11:33
Məktəb şəxsi dəb nümayişi yeri deyil - “Fərq geyimdə deyil, bilikdə olmalıdır”15.10.2026 - 11:30
Əvvəlcə bu məsələ həll olunacaq - Məktəblərlə bağlı yeni plan15.10.2026 - 11:25
Aygün Kazımovadan məktəbli formaları ilə bağlı AÇIQLAMA15.10.2026 - 11:21
3 kiçik vərdiş ömrü 9 il uzada bilər15.10.2026 - 11:17
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq15.10.2026 - 11:15
Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü15.10.2026 - 11:13
Neftimizin qiyməti kəskin dəyişdi15.10.2026 - 11:10
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə15.10.2026 - 11:05
Qazaxıstana vizasız səfər edənlər üçün - Yeni qayda15.10.2026 - 11:03
İki şahmat klubu Avropa Kubokunda olacaq15.10.2026 - 10:20
Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb15.10.2026 - 10:13
Alimlər ən böyük 17 təhlükəni açıqlayıblar15.10.2026 - 10:09
ADA Universitetində 20-ci IEEE Beynəlxalq AICT2026 Konfransı işə başlayıb15.10.2026 - 09:59
Beynəlxalq üzgüçülük yarışı keçiriləcək15.10.2026 - 09:48
Azərbaycanın mədəni irsi Yaponiya serialında təqdim olunacaq15.10.2026 - 09:40
İncəsənət Gimnaziyasının binası istifadəyə verilib15.10.2026 - 09:33
Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılmasını dəstəkləyir15.10.2026 - 09:28
Geyimlə bağlı şəxsi baxışlar qanunların aliliyindən üstün tutulmamalıdır - Mehriban Zeynalova15.10.2026 - 08:59
Azərbaycanda yeni informasiya sistemi yaradılır15.10.2026 - 08:53
Sabah 31 dərəcə isti olacaq15.10.2026 - 08:49
Nasistlərin yəhudilərdən müsadirə etdikləri "Rəngarəng həyat" 42 milyon dollara satıldı15.10.2026 - 08:39
Tünd kişmiş adamı cavanlaşdırır15.10.2026 - 08:35
Bakıda tozlu hava nə vaxta qədər davam edəcək?15.10.2026 - 08:31
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı bəyanat15.10.2026 - 08:29
Türkiyədə təbii fəlakət: 6 vilayətdə dərslər dayandırıldı15.10.2026 - 08:27
Pakistanda məktəbin damı uçdu: 18 nəfər öldü15.10.2026 - 08:24
Çin dövləti ilə strateji tərəfdaşlığın inkişafı müzakirə olunub15.10.2026 - 07:04
Sərdar Berdiməhəmmədov Bakıya səfərə gəlib15.10.2026 - 06:42
Xəzərdə Macarıstan Universiteti ilə görüş baş tutub14.10.2026 - 19:52
Xəzərdə rəqəmsallaşma platforması təqdimatı baş tutub 14.10.2026 - 19:45