Pakistanın Peşəvər şəhərinin Dir Koloniyası ərazisində özəl məktəbin damı uçub.
“Tehsil365” ğxarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində 17 şagird və bir müəllim həlak olub.
30-dan çox yaralı xəstəxanaya aparılıb.
Hadisə ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

