Təhsil 365 - Logo Mobile

ADA Universitetində 20-ci IEEE Beynəlxalq AICT2026 Konfransı işə başlayıb

4815.10.2026 - 09:59
ADA Universitetində 20-ci IEEE Beynəlxalq AICT2026 Konfransı işə başlayıb

ADA Universitetində İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransının (AICT2026) açılış mərasimi keçirilib. Oktyabrın 16-dək davam edəcək tədbir müxtəlif ölkələrdən aparıcı alimləri, tədqiqatçıları və sənaye mütəxəssislərini bir araya gətirir.

“Tehsil365” xəbər verir ki, bu barədə ADA Universiteti öz rəsmi səhifəsində məlumat paylaşıb.

Bildirilib ki, Azərbaycanda yeddinci dəfə təşkil olunan konfrans ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsi, IEEE-nin müvafiq Azərbaycan bölmələri və 11 beynəlxalq tərəfdaş qurumun birgə təşkilatçılığı ilə keçirilir. Tərəfdaşlar sırasında Turin Politexnik Universiteti, Corc Vaşinqton Universiteti, Nazarbayev Universiteti, Birləşmiş Ərəb Əmirlikləri Universiteti, Daşkənd İnformasiya Texnologiyaları Universiteti, Qazax-Britaniya Texniki Universiteti, Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti, SDU Universiteti, Nikola Tesla Elektrik Mühəndisliyi İnstitutu və “Alessandro Faedo” İnformasiya Elmləri və Texnologiyaları İnstitutu yer alır.

20 illik yubileyini qeyd edən AICT konfranslar silsiləsi bu il “20 ildir elmi, texnologiyanı və cəmiyyəti birləşdiririk” şüarı altında təşkil olunur. Konfransın əsas məqsədi İKT sahəsində bilik və təcrübə mübadiləsini təşviq etmək, elmi yeniliklərin müzakirəsi, eləcə də akademik dairələrlə sənaye nümayəndələrinin əməkdaşlığı üçün effektiv platforma yaratmaqdır.

Açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev konfransın və ADA Universitetinin 20 illik yubileyləri münasibətilə iştirakçıları, alimləri salamlayaraq təşkilatçılara və qonaqlara təşəkkürünü bildirib. Rektor uzun illərdir keçirilən AICT konfransının uğurunu və tanınmış alimlərin iştirakının tələbələr üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, həmçinin Azərbaycan–İtaliya Universiteti çərçivəsində Turin Universiteti ilə əməkdaşlığın vacibliyinə toxunub. Bildirib ki, 5 iliik əməkdaşlığın nəticəsindəADA Universiteti gələn il mühəndislik, o cümlədən elektrik mühəndisliyi üzrə ilk məzunlarını buraxacaq. Hafiz Paşayev bu istiqamətdə təhsilə xüsusi diqqət yetirildiyini qeyd edərək, digər universitetlərlə də tərəfdaşlığa açıq olduqlarını diqqətə çatdırıb.

Tədbirin rəsmi hissəsi ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik Fakültəsinin dekanı Abzətdin Adamovun moderatorluğu ilə kompüter elmləri və süni intellekt sahəsində tanınmış alimlərin plenar məruzələri ilə davam edib. Əsas məruzəçilərdən Polşa Elmlər Akademiyasının üzvü və London Kral Kollecinin dəvətli professoru Erol Qelenbe “Süni intellektə optimallaşdırma və simulyasiya prizmasından baxış”, Qazaxıstanın Nazarbayev Universitetinin Ağıllı Sistemlər və Süni İntellekt İnstitutunun professoru Hüseyn Atakan Varol isə “Məhdud Resurslu Mühitlər üçün Generativ Süni İntellekt Modellərinin Yaradılması: Məlumat Dəstinin Hazırlanması, Modelin Təlimi və Xidmət Səviyyəsində Tətbiqi” mövzularında çıxış ediblər.

Konfrans çərçivəsində ADA Universitetinin prorektoru Vəfa Kazdal və İnformasiya Texnologiyaları və Mühəndislik Fakültəsinin baş müəllimi Cəmaləddin Həsənovun moderatorluğu ilə “Ali təhsildə və elmdə süni intellekt: imkanlar və çağırışlar” və “Aerokosmik Sahədə Çoxnüvəli Klaster Hesablama Arxitekturaları: Yeni Kosmik Erasına Doğru” mövzularında panel müzakirələri də keçirilib. İnteraktiv formatda baş tutan müzakirələrdə aparıcı mütəxəssislər süni intellektin təhsil və elmi tədqiqatlara təsirini, yaratdığı imkanları və qarşıya çıxardığı çağırışları nəzərdən keçirib, təhsil, tədqiqat və innovasiyaların gələcəyinə dair sualları cavablandırıblar.

AICT2026-nın elmi proqramı süni intellekt və maşın təlimi, yüksək məhsuldarlıqlı hesablamalar, data elmi, kibertəhlükəsizlik, proqram təminatı mühəndisliyi, eləcə də təhsildə, biznesdə və səhiyyədə İKT-nin tətbiqi mövzularını əhatə edir. Konfrans boyunca müxtəlif ölkələrdən olan tədqiqatçılar bu və digər istiqamətlər üzrə elmi nailiyyətlərini və praktiki nəticələrini təqdim edəcəklər.

Əzizə Qayıtmazova

Xəbər Lenti

Tələbələr hansı hallarda universitetdən xaric edilə bilər? - Qaydalar15.10.2026 - 13:27
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək15.10.2026 - 13:26
Qız tələbələrin “Vergi Akademiyası” proqramına qəbulu başlayır15.10.2026 - 13:23
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - RƏSMİ QƏRAR15.10.2026 - 13:21
İlham Əliyev: Biz uşaq qatillərinin səviyyəsinə enmədik15.10.2026 - 13:18
Polimer Materialları İnstitutunun məqaləsi Q4 jurnalında dərc olunub15.10.2026 - 13:15
Azərbaycanda gənclər ən çox nələrdən ölürlər?15.10.2026 - 13:07
İlham Əliyev: “Azərbaycan təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq edib”15.10.2026 - 13:04
Azərbaycanla Qazaxıstan arasında iki sənədin mübadiləsi olub15.10.2026 - 12:30
BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb15.10.2026 - 12:18
Məktəbə hücum edənlər həbs olundu 15.10.2026 - 12:11
Xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı15.10.2026 - 12:10
Psixoloq Cəmilə Haciyeva: "Öz ehtiyaclarımızı arxa plana ataraq başqalarını məmnun etməyə çalışırıq" 15.10.2026 - 12:00
10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir 15.10.2026 - 11:45
Məktəbə hücum edənlər həbs olundu 15.10.2026 - 11:40
Azərbaycan və Özbəkistan universitetləri Xankəndidə toplaşır15.10.2026 - 11:35
Məktəbəqədər hazırlıq məcburi olmalıdır - TƏKLİF15.10.2026 - 11:33
Məktəb şəxsi dəb nümayişi yeri deyil - “Fərq geyimdə deyil, bilikdə olmalıdır”15.10.2026 - 11:30
Əvvəlcə bu məsələ həll olunacaq - Məktəblərlə bağlı yeni plan15.10.2026 - 11:25
Aygün Kazımovadan məktəbli formaları ilə bağlı AÇIQLAMA15.10.2026 - 11:21
3 kiçik vərdiş ömrü 9 il uzada bilər15.10.2026 - 11:17
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq15.10.2026 - 11:15
Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü15.10.2026 - 11:13
Neftimizin qiyməti kəskin dəyişdi15.10.2026 - 11:10
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə15.10.2026 - 11:05
Qazaxıstana vizasız səfər edənlər üçün - Yeni qayda15.10.2026 - 11:03
İki şahmat klubu Avropa Kubokunda olacaq15.10.2026 - 10:20
Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb15.10.2026 - 10:13
Alimlər ən böyük 17 təhlükəni açıqlayıblar15.10.2026 - 10:09
Beynəlxalq üzgüçülük yarışı keçiriləcək15.10.2026 - 09:48
Azərbaycanın mədəni irsi Yaponiya serialında təqdim olunacaq15.10.2026 - 09:40
İncəsənət Gimnaziyasının binası istifadəyə verilib15.10.2026 - 09:33
Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılmasını dəstəkləyir15.10.2026 - 09:28
Geyimlə bağlı şəxsi baxışlar qanunların aliliyindən üstün tutulmamalıdır - Mehriban Zeynalova15.10.2026 - 08:59
Azərbaycanda yeni informasiya sistemi yaradılır15.10.2026 - 08:53
Sabah 31 dərəcə isti olacaq15.10.2026 - 08:49
Nasistlərin yəhudilərdən müsadirə etdikləri "Rəngarəng həyat" 42 milyon dollara satıldı15.10.2026 - 08:39
Tünd kişmiş adamı cavanlaşdırır15.10.2026 - 08:35
Bakıda tozlu hava nə vaxta qədər davam edəcək?15.10.2026 - 08:31
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı bəyanat15.10.2026 - 08:29
Türkiyədə təbii fəlakət: 6 vilayətdə dərslər dayandırıldı15.10.2026 - 08:27
Pakistanda məktəbin damı uçdu: 18 nəfər öldü15.10.2026 - 08:24
Çin dövləti ilə strateji tərəfdaşlığın inkişafı müzakirə olunub15.10.2026 - 07:04
İstanbuldakı dağıdıcı seli proqnozlaşdıran mütəxəssis yenidən XƏBƏRDARLIQ ETDİ15.10.2026 - 07:03
Sərdar Berdiməhəmmədov Bakıya səfərə gəlib15.10.2026 - 06:42
Xəzərdə Macarıstan Universiteti ilə görüş baş tutub14.10.2026 - 19:52
Xəzərdə rəqəmsallaşma platforması təqdimatı baş tutub 14.10.2026 - 19:45