Təhsil 365 - Logo Mobile

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

5015.10.2026 - 10:13
Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Türkiyənin Qars şəhərində Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında “Azərbaycan İncəsənəti Həftəsi” çərçivəsində Qars Qafqaz Universitetində “Azərbaycan Günü” təşkil olunub.

“Tehsil365” AZƏRTAC -a istinadən xəbər verir ki, tədbirlər çərçivəsində universitetin Heydər Əliyev Təhsil Mərkəzinə Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti və milli-mənəvi irsini əks etdirən kitablar və müxtəlif nəşrlər hədiyyə edilib, universitetdə fəaliyyət göstərən Azərbaycan dili bölməsinə baş çəkilib.

Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan dili və ədəbiyyatı sahəsində fəaliyyət göstərən akademik heyət və tələbələrlə görüşüb. Görüşdə Mərkəzin Türkiyədə Azərbaycan ədəbiyyatının və mədəni irsinin tanıdılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilib. Samir Abbasov Mərkəzin təşəbbüsü ilə Azərbaycan dilinin və ədəbiyyatının təbliği ilə bağlı layihələrin reallaşdırıldığını, habelə klassiklərin və müasir müəlliflərin çoxsaylı əsərlərinin Türkiyə türkcəsinə tərcümə edilərək nəşr olunduğunu vurğulayıb.

Qafqaz Universitetinin Müasir Türk Ləhcələri və Ədəbiyyatları Bölməsinin Azərbaycan türkcəsi və ədəbiyyatı üzrə akademik heyəti tərəfindən Türkiyədə ilk dəfə yaradılmış Azərbaycan türkcəsi və ədəbiyyatı istiqamətinin fəaliyyəti, tədris prosesi və əldə olunan nəticələr haqqında məlumat verilib. Professorlar İlkin Qulusoy və Hacıəli Nəcəfoğlu ana dilimizin və ədəbiyyatımızın təbliği, eləcə də gələcəkdə Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihələrin həyata keçirilməsi və əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

“Azərbaycan Günü” çərçivəsində Qafqaz Universitetinin Mirzə Fətəli Axundzadə adına teatr salonunda görkəmli Azərbaycan ədibi və dramaturqu Mirzə Fətəli Axundzadəyə həsr olunmuş məlumat guşəsinin açılışı olub. Azərbaycanlı rəssam Arzu Əsgərov tərəfindən hazırlanmış Axundzadənin portreti və onun həyatını, ədəbi irsini, teatr sənətinin inkişafındakı qabaqcıl rolunu əks etdirən tanıtım lövhəsi universitetə hədiyyə edilib.

Açılış mərasimində Qafqaz Universitetinin Gözəl Sənətlər fakültəsinin dekanı, professor Mitat Durmuş və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Mirzə Fətəli Axundzadənin zəngin yaradıcılığından, Azərbaycan dramaturgiyasının və teatr sənətinin inkişafındakı müstəsna xidmətlərindən, eləcə də Türk dünyasının mədəni həyatına verdiyi töhfələrdən bəhs ediblər.

Tədbirlər çərçivəsində universitetin kino salonunda Azərbaycan kinematoqrafçıları tərəfindən yeni çəkilmiş “Nargin sona qədər sirli” sənədli filmi nümayiş etdirilb.

Filmdə Azərbaycan - Türkiyə qardaşlığı və tarixin çətin sınaqlarında xalqımızın türk əsirlərə yardımından bəhs edilir.

“Azərbaycan günü” çərçivəsində Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalovu və Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovu Qafqaz Universitetinin rektoru, professor Hüsnü Kapu qəbul edib. Görüşdə universitetdə Azərbaycanla bağlı keçirilən tədbir və layihələr yüksək qiymətləndirilib, Azərbaycanla Türkiyə arasında elmi-mədəni əlaqələrin inkişafı, universitetlə Mədəniyyət Mərkəzi arasında əməkdaşlığın genişləndirilməsi və gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.


Əzizə Qayıtmazova

Xəbər Lenti

Tələbələr hansı hallarda universitetdən xaric edilə bilər? - Qaydalar15.10.2026 - 13:27
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək15.10.2026 - 13:26
Qız tələbələrin “Vergi Akademiyası” proqramına qəbulu başlayır15.10.2026 - 13:23
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - RƏSMİ QƏRAR15.10.2026 - 13:21
İlham Əliyev: Biz uşaq qatillərinin səviyyəsinə enmədik15.10.2026 - 13:18
Polimer Materialları İnstitutunun məqaləsi Q4 jurnalında dərc olunub15.10.2026 - 13:15
Azərbaycanda gənclər ən çox nələrdən ölürlər?15.10.2026 - 13:07
İlham Əliyev: “Azərbaycan təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq edib”15.10.2026 - 13:04
Azərbaycanla Qazaxıstan arasında iki sənədin mübadiləsi olub15.10.2026 - 12:30
BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb15.10.2026 - 12:18
Məktəbə hücum edənlər həbs olundu 15.10.2026 - 12:11
Xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı15.10.2026 - 12:10
Psixoloq Cəmilə Haciyeva: "Öz ehtiyaclarımızı arxa plana ataraq başqalarını məmnun etməyə çalışırıq" 15.10.2026 - 12:00
10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir 15.10.2026 - 11:45
Məktəbə hücum edənlər həbs olundu 15.10.2026 - 11:40
Azərbaycan və Özbəkistan universitetləri Xankəndidə toplaşır15.10.2026 - 11:35
Məktəbəqədər hazırlıq məcburi olmalıdır - TƏKLİF15.10.2026 - 11:33
Məktəb şəxsi dəb nümayişi yeri deyil - “Fərq geyimdə deyil, bilikdə olmalıdır”15.10.2026 - 11:30
Əvvəlcə bu məsələ həll olunacaq - Məktəblərlə bağlı yeni plan15.10.2026 - 11:25
Aygün Kazımovadan məktəbli formaları ilə bağlı AÇIQLAMA15.10.2026 - 11:21
3 kiçik vərdiş ömrü 9 il uzada bilər15.10.2026 - 11:17
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq15.10.2026 - 11:15
Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü15.10.2026 - 11:13
Neftimizin qiyməti kəskin dəyişdi15.10.2026 - 11:10
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə15.10.2026 - 11:05
Qazaxıstana vizasız səfər edənlər üçün - Yeni qayda15.10.2026 - 11:03
İki şahmat klubu Avropa Kubokunda olacaq15.10.2026 - 10:20
Alimlər ən böyük 17 təhlükəni açıqlayıblar15.10.2026 - 10:09
ADA Universitetində 20-ci IEEE Beynəlxalq AICT2026 Konfransı işə başlayıb15.10.2026 - 09:59
Beynəlxalq üzgüçülük yarışı keçiriləcək15.10.2026 - 09:48
Azərbaycanın mədəni irsi Yaponiya serialında təqdim olunacaq15.10.2026 - 09:40
İncəsənət Gimnaziyasının binası istifadəyə verilib15.10.2026 - 09:33
Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılmasını dəstəkləyir15.10.2026 - 09:28
Geyimlə bağlı şəxsi baxışlar qanunların aliliyindən üstün tutulmamalıdır - Mehriban Zeynalova15.10.2026 - 08:59
Azərbaycanda yeni informasiya sistemi yaradılır15.10.2026 - 08:53
Sabah 31 dərəcə isti olacaq15.10.2026 - 08:49
Nasistlərin yəhudilərdən müsadirə etdikləri "Rəngarəng həyat" 42 milyon dollara satıldı15.10.2026 - 08:39
Tünd kişmiş adamı cavanlaşdırır15.10.2026 - 08:35
Bakıda tozlu hava nə vaxta qədər davam edəcək?15.10.2026 - 08:31
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı bəyanat15.10.2026 - 08:29
Türkiyədə təbii fəlakət: 6 vilayətdə dərslər dayandırıldı15.10.2026 - 08:27
Pakistanda məktəbin damı uçdu: 18 nəfər öldü15.10.2026 - 08:24
Çin dövləti ilə strateji tərəfdaşlığın inkişafı müzakirə olunub15.10.2026 - 07:04
İstanbuldakı dağıdıcı seli proqnozlaşdıran mütəxəssis yenidən XƏBƏRDARLIQ ETDİ15.10.2026 - 07:03
Sərdar Berdiməhəmmədov Bakıya səfərə gəlib15.10.2026 - 06:42
Xəzərdə Macarıstan Universiteti ilə görüş baş tutub14.10.2026 - 19:52
Xəzərdə rəqəmsallaşma platforması təqdimatı baş tutub 14.10.2026 - 19:45