Təhsil 365 - Logo Mobile

Məktəb şəxsi dəb nümayişi yeri deyil - “Fərq geyimdə deyil, bilikdə olmalıdır”

7115.10.2026 - 11:30
Məktəb şəxsi dəb nümayişi yeri deyil - “Fərq geyimdə deyil, bilikdə olmalıdır”

Məktəblərdə müəllimlər üçün vahid geyim formasının tətbiqi müzakirələrə səbəb olub. Bəzi müəllimlər bu qərara etiraz edərək şagirdlərlə eyni geyim qaydasına tabe tutulmalarını düzgün hesab etmirlər.

Bəs müəllimlərin də vahid geyimdə olması nə dərəcədə vacibdir?

Vaxtilə məktəbə həddindən artıq dar və ya qısa geyimlərdə gələn müəllimlərin olması geyim mədəniyyəti məsələsini gündəmə gətirir. Məktəb yalnız bilik verilən deyil, həm də davranış və dəyərlərin formalaşdığı bir mühitdir. Müəllim isə xarici görünüşü ilə də şagirdlərə nümunə olmalıdır.

Vahid geyim formasına etiraz edən müəllimlərin bu mövqeyi hansı arqumentlərə əsaslanır? Peşəkar etikanın qorunması və məktəb mühitinə uyğun geyim standartlarının müəyyənləşdirilməsi üçün vahid qaydaların tətbiqi vacib deyilmi?


Abşeron-Xızı Regional Təhsil İdarəsinin  aparıcı metodisti və Sumqayıt şəhərləri 11 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, Prezident mükafatçısı, Qabaqcıl təhsil işçisi Elnarə Qurbanzadə bildirib ki, həkim ağ xalatda, hakim mantiyada, polis formada niyə narahat olmur?


"Söhbət hicabdan və şəxsi inancdan getmir. Söhbət peşə etikasından və sinif otağına hörmətdən gedir.

Müəllim niyə vahid geyimdə olmalıdır? Bunun 4 sadə səbəbi var:

1. Diqqət dərsdə olmalıdır.

Şagird müəllimi ilk növbədə görünüşünə görə qiymətləndirir. Əgər müəllim dərsə həddindən artıq dar, qısa, parıltılı və ya gündəlik geyimdə gəlirsə, diqqət dərsdən geyimə yönəlir. Vahid geyim isə bir mesaj verir: bura şəxsi səhnə deyil, iş yeridir.

2. Müəllimin nüfuzu geyimi ilə deyil, peşəkarlığı ilə ölçülməlidir.

“Şagirddən nə fərqimiz qalacaq?” sualı əslində düzgün qoyulmur. Fərq geyimin bahalığında və ya darlığında deyil, bilikdə, davranışda və mədəniyyətdə olmalıdır. Müəllim şagirdlərə xas qeyri-rəsmi geyim tərzinə üstünlük verdikdə, peşəkar nüfuz və ciddilik zədələnə bilər. Vahid və səliqəli rəsmi geyim isə bu sərhədi qorumağa kömək edir.

3. Vahid geyim sağlam rəqabət mühiti yaradır.

Şagirdlər arasında maddi fərqlərin geyim vasitəsilə ön plana çıxmamasını istəyirik. Bəs müəllimlər arasında necə? Bir müəllim hər gün yeni brend geyimdə gəlir, digəri isə sadə geyinir. Bu vəziyyət də qeyri-sağlam rəqabətə səbəb ola bilər. Vahid geyim müəllimlər arasında bərabərlik və peşəkar birlik hissini gücləndirir.

4. Hər peşənin öz geyim qaydası var.

Heç kim müəllimin robota çevrilməsini istəmir. Amma hər peşənin öz geyim qaydası var. Həkim ağ xalat, hakim mantiya, polis isə xüsusi forma geyinir. Bu, onların şəxsi seçimlərini məhdudlaşdırmaqdan çox, peşə mənsubiyyətini və məsuliyyətini ifadə edir. Müəllimlik də cəmiyyət üçün mühüm və məsuliyyətli peşələrdən biridir".


Fatimə Hümbətova

Xəbər Lenti

Tələbələr hansı hallarda universitetdən xaric edilə bilər? - Qaydalar15.10.2026 - 13:27
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək15.10.2026 - 13:26
Qız tələbələrin “Vergi Akademiyası” proqramına qəbulu başlayır15.10.2026 - 13:23
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - RƏSMİ QƏRAR15.10.2026 - 13:21
İlham Əliyev: Biz uşaq qatillərinin səviyyəsinə enmədik15.10.2026 - 13:18
Polimer Materialları İnstitutunun məqaləsi Q4 jurnalında dərc olunub15.10.2026 - 13:15
Azərbaycanda gənclər ən çox nələrdən ölürlər?15.10.2026 - 13:07
İlham Əliyev: “Azərbaycan təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq edib”15.10.2026 - 13:04
Azərbaycanla Qazaxıstan arasında iki sənədin mübadiləsi olub15.10.2026 - 12:30
BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb15.10.2026 - 12:18
Məktəbə hücum edənlər həbs olundu 15.10.2026 - 12:11
Xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı15.10.2026 - 12:10
Psixoloq Cəmilə Haciyeva: "Öz ehtiyaclarımızı arxa plana ataraq başqalarını məmnun etməyə çalışırıq" 15.10.2026 - 12:00
10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir 15.10.2026 - 11:45
Məktəbə hücum edənlər həbs olundu 15.10.2026 - 11:40
Azərbaycan və Özbəkistan universitetləri Xankəndidə toplaşır15.10.2026 - 11:35
Məktəbəqədər hazırlıq məcburi olmalıdır - TƏKLİF15.10.2026 - 11:33
Əvvəlcə bu məsələ həll olunacaq - Məktəblərlə bağlı yeni plan15.10.2026 - 11:25
Aygün Kazımovadan məktəbli formaları ilə bağlı AÇIQLAMA15.10.2026 - 11:21
3 kiçik vərdiş ömrü 9 il uzada bilər15.10.2026 - 11:17
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq15.10.2026 - 11:15
Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü15.10.2026 - 11:13
Neftimizin qiyməti kəskin dəyişdi15.10.2026 - 11:10
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə15.10.2026 - 11:05
Qazaxıstana vizasız səfər edənlər üçün - Yeni qayda15.10.2026 - 11:03
İki şahmat klubu Avropa Kubokunda olacaq15.10.2026 - 10:20
Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb15.10.2026 - 10:13
Alimlər ən böyük 17 təhlükəni açıqlayıblar15.10.2026 - 10:09
ADA Universitetində 20-ci IEEE Beynəlxalq AICT2026 Konfransı işə başlayıb15.10.2026 - 09:59
Beynəlxalq üzgüçülük yarışı keçiriləcək15.10.2026 - 09:48
Azərbaycanın mədəni irsi Yaponiya serialında təqdim olunacaq15.10.2026 - 09:40
İncəsənət Gimnaziyasının binası istifadəyə verilib15.10.2026 - 09:33
Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılmasını dəstəkləyir15.10.2026 - 09:28
Geyimlə bağlı şəxsi baxışlar qanunların aliliyindən üstün tutulmamalıdır - Mehriban Zeynalova15.10.2026 - 08:59
Azərbaycanda yeni informasiya sistemi yaradılır15.10.2026 - 08:53
Sabah 31 dərəcə isti olacaq15.10.2026 - 08:49
Nasistlərin yəhudilərdən müsadirə etdikləri "Rəngarəng həyat" 42 milyon dollara satıldı15.10.2026 - 08:39
Tünd kişmiş adamı cavanlaşdırır15.10.2026 - 08:35
Bakıda tozlu hava nə vaxta qədər davam edəcək?15.10.2026 - 08:31
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı bəyanat15.10.2026 - 08:29
Türkiyədə təbii fəlakət: 6 vilayətdə dərslər dayandırıldı15.10.2026 - 08:27
Pakistanda məktəbin damı uçdu: 18 nəfər öldü15.10.2026 - 08:24
Çin dövləti ilə strateji tərəfdaşlığın inkişafı müzakirə olunub15.10.2026 - 07:04
İstanbuldakı dağıdıcı seli proqnozlaşdıran mütəxəssis yenidən XƏBƏRDARLIQ ETDİ15.10.2026 - 07:03
Sərdar Berdiməhəmmədov Bakıya səfərə gəlib15.10.2026 - 06:42
Xəzərdə Macarıstan Universiteti ilə görüş baş tutub14.10.2026 - 19:52
Xəzərdə rəqəmsallaşma platforması təqdimatı baş tutub 14.10.2026 - 19:45